Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) İranda keçiriləcək növbəti parlament seçkilərilə bağlı Bəyanat yayıb
Bəyanatda deyilir: “2012-ci il martın 2-də İran adlanan ölkədə keçiriləcək IX parlament seçkilərində növbəti dəfə rejim öz əlaltılarını siyasi oyunbazlıqla parlament kürsülərinə otuzduracaq. Yuxarıdan diktə olunan və demokratik dəyərləri əks etdirməyən bu seçki növbəti dəfə fars rasist molla hakimiyyətinin özünə məşruiyyət qazandırmaq məqsədi daşıyır. Elə bu səbəbdən rejim bütün mümkün səylərini birləşdirməklə əhalini sandıq başına çəkmək cəhdlərini davam etdirir. Daxili və xarici böhranlı amillərin mövcud olduğu indiki şəraitdə IX parlament seçkilərinin baş tutub-tutmayacağı molla hakimiyyətini təşviş içində saxlayıb. Fars rasist molla hakimiyətinin strategiyasına əsasən ölkənin siyasi kursu və idarəçilik sistemi Vilayəti-fəqihə tabe olan hərbi–ideoloji radikal qüvvələrin əlində cəmləşidiyindən, cəmiyyətin siyasi, iqtisadi, ictimai və mədəni həyatında böhranlar yaşanır. Bu səbəbdəndir ki, orada yaşayan milyonlarla qeyri-fars millətinin ən ibtidai haqları inkar edilir, bu haqsızlığa etiraz edən ziyalı və siyasilər tutuqlanaraq zindanlara atılır, mətbuata qarşı təzyiqlər kəskinləşir, məmur özbaşınalığı, yoxsulluq, işsizlik durmadan artır. Həmçinin, seçkilər hakimiyyəti yönəldən qüvvələr tərəfindən idarə olunduğundan aparılan seçki oyunu azad və demokratik seçki ilə müqayisə oluna bilməz. İran adlanan ölkədə insanların azad seçim hüquqlarınin pozulması və məhdudlaşdırılması, seçicilərin sayını süni surətdə artırmaqla seçkinin nəticələrinin saxtalaşdırılması, qadınların seçkilərdə iştirakının məhdudlaşdırılması, söz, mətbuat azadlıqlarının olmaması, bütün sahələrdə özünü göstərən irqi ayrıseçkilik, iqtisadi və siyasi böhran və s. əsas verir ki, orada yaşayan qeyri-fars millətlər , o cümlədən əksəriyyəti təşkil edən Azərbaycan türkləri fars rasist rejiminin tapşırıqlı seçki oyunlarına birmənalı şəkildə etiraz etsinlər. Xüsusilə, 30 milyondan çox azərbaycan türkünü millət olaraq inkar və assimiliyasiya edən irqçi rejimin siyasəti nəticəsində Güney Azərbaycan ərazilərindəki münbit torpaq sahələrinin məhv edilməsi, Urmu gölünü məqsədyönlü qurutmaqla azərbaycanlıların əzəli torpaqlarından didərgin salınması, Güney Azərbaycanın yeraltı və yerüstü milli sərvətlərinin talan edilməsi, onlardan əldə olunan gəlirlərlə fars bölgələrinin abadlaşdırılması, Azərbaycan bölgələrini iqtisadi cəhətdən yarasız hala salmaqla əhalinin öz yurdlarını tərk etməyə məcbur edilməsi və bu kimi səbəblər əsas verir ki, azərbaycan türkləri milli iradələrini kütləvi şəkildə ortaya qoyaraq rejimin seçki oyununa “yox!” desinlər. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan milli hərəkatının iran adlanan ölkədə baş verən ictimai-siyasi proseslərdə böyük təsir gücünə sahib olduğuna əsaslanaraq, saxta seçki siyasətinin ifşa olunması üçün orada keçiriləcək IX parlament seçkilərinin (Azərbaycanın qərb bölgəsi istisna olmaqla) baykot edilməsini bəyan edir. Azərbaycanın qərb bölgəsində azərbaycanlıların səsvermədə iştirakını isə GAMAC olaraq dəstəkləyirik və bildiririk ki, kurd terrorçu təşkilatlarının həmin bölgə üzrə parlamentə kürd əsilli nümayəndələr göndərmək və Azərbaycanın əzəli torpaqlarına göztikmə cəhdlərinin qarşısı millətimiz tərəfindən alınacaqdır.” GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSI 12.02.2012 Ana Dili günü : Bildirişlə dəvət Fevral ayının iyirmi biri Ana Dili günüdür. Elə bu günün münasibəti ilə , bir çox sayda Azərbaycanlılar Almanıyanın Köln şəhərində bu günü qeyd edəcəklər . Siz sayqılı soydaşlar , öz iştirakınız ilə bizi sevindirib və bizim məclisimizin keyfiyətini artıracaqsınız. Öncədən hər kəs bu şənliyə səmimi dəvətlidir . Bizim programımız. 1. danışıq : Dr Araz Süleymani ( siyasi fəəal ) - Behruz Həqqi (siyasi , yazıçı) - Dr İşiq Sönməz ( yazıçı ) - Adəm Tumayyavuz ( Beynəlxal əlaqələr üzrə uzman) 2. şer : Lətif-d və Eşilbax 3. azad bəhs ( bölgədə , İranda gedən olaylar üzrə tartışma ) Zaman : 25.2.2012 Saat axşam 8-dən ta gecə 24 qədər. Adress : Bürgerzentrum ehrenfeld - venloer str 429 50825 köln Telefun: 0571-5800882 Təbriz əhalisi İslam İnqilabının növbəti ildönümü mərasiminə laqeyd yanaşdı İran rəjimi Təbriz əhalisini 2 gün öncə keçirilən İslam İnqilabının 33-cü ildönümü mərasimlərinə (22 bəhmən mərasimləri) cəlb edə bilmədi.Rejim ətrafında beynəlxalq gərginlik yaşandığı bir dönəmdə, İranın müxtəlif şəhərləri xüsusi ilə Təbrizdə öz tərəfdarlarını xiyabanlara çıxarmaq üçün bütün vasitələrə əl atdı. Mərasimə qatılanların sirasına tanınmış şəxsləri nümayiş etdirməkdən tutmuş ta təşviq və təhdidə qədər bütün yollara əl atan rejim, Təbrizdə ancaq bir neçə min nəfəri küçələrə çıxarmağa nail oldu. Onlar da rejimin birbaşa öz əlaltılarıdır.Bununlada rejimin dünyaya vermək istədiyi mesajdan daha çox, Təbriz əhalisi və Azərbaycan xalqı dünya ictimaiyyətinə mesaj verməyə nail oldu. Azərbaycan xalqı göstərdi iki, Azərbaycanla bağlı olan proseslərdə nə qədər maraqlı və aktivdirsə, molla rejimi ilə bağlı olan cərəyanlardan o qədər uzaqdır. İsrail Baş naziri: Hindistan və Gürcüstan Hücumlarının Arxasında İran Var İsrail Baş naziri Benjamin Netanyahu, bu gün Hindistan və Gürcüstanda İsrailli diplomatların hədəf alındığı hücumların arxasında İran olduğunu iddia etdi. Gürcüstanda bir diplomatın maşınına yerləşdirilən bomba şofer tərəfindən tapılaraq təsirsiz hala gətirilmişdi. Ancaq Hindistanda isə diplomatik nömrəli maşındaki bomba partlamış və iki adam yaralanmışdı. Yaralananlardan birinin şofer digərinin isə bir diplomatın yoldaşı olduğu ifadə edilmişdi. İranda təhlükəsizlik sorunları artır: “Silahlı şəxs dövlət idarəsinə hücum edib” İranın bir zamanlar ad çıxardığı ucuzluq və təhlükəsizlik təminatı, yerini bahalıq və təhlükəyə verməkdədir Artıq hər bir İran vətəndaşı getdikcə artan bahalıq, hücum və terror xəbərləri ilə günlük həyata başlayır. Ölkənin bir tərəfindən (Xuzistan) kütləvi iğtişaşlarda ölən və tutulanların xəbəri gəlir, o biri tərəfindən isə silahlı şəxsin dövlət idarəsinə hücumu bildirilir. Məlumata görə, İranın İlam əyalətində (ostan) dövlət idarələrinin birində silahlı şəxs üç nəfəri girov götürüb. Bu barədə İranın İSNA agentliyi xəbər verib. İlam əyaləti polisi bəyanat yayaraq, hadisənin dünən yerli vaxtla saat 10:00-da baş verdiyini və silahlı şəxsin həmin idarənin işçilərinin birindən intiqam almaq məqsədilə bunu etdiyini bildirib. Hadisə yerinə xüsusi təyinatlı dəstələr gəlib və beş saat davam edən danışıqlardan sonra silahlı şəxs polisə təslim olub, girov götürülmüş şəxslər isə azad ediliblər. Həbs olunmuş şəxsdən bir ədəd silah və bir neçə güllə müsadirə edilib. Dövlət müəssisəsinin adı açıqlanmır. Ahmedinejadın Mətbuat Məsləhətçisinə 6 Ay Həbs qərarı İran Respublika başçısı Mahmud Ahmedinejadın mətbuat məsləhətçisi Əli Əkbər Cevanfikrə altı ay həbs cəzasına verildi. İran xəbər agentliklərində yer alan xəbərə görə, 32 Nömrəli Yüksək Məhkəmə, Cevanfikr haqqında Tahrandakı 76. Cəza Məhkəməsi tərəfindən 16 Noyabr 2011də iki ayrı günaha istinadən verilən ilki altı aylıq həbs cəzasından biri təsdiqlədi. İranın rəsmi xəbər agentliyi IRNAin də Ümumi Müdiri olan Cevanfikr, Yüksək Məhkəmənin qərarına görə altı ay həbs çəkəcək. Cevanfikr, Məsul Yazı İşləri Müdiri olduğu dövlət qəzeti ''İranın verdiyi ''Xatun'' adlı əlavədə iştirak edən yazı və foto şəkillərdə ''İslami dəyərlərə və cəmiyyət əxlaqına təhqir'' edildiyi səbəbiylə cəmi bir il həbs cəzasına çarpdırılmışdı. Cevanfikr, qərara etiraz etmiş və Yüksək Məhkəməyə müraciət etmişdi. Geri dön |