Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Forum ölkəmiz üçün nüfuz məsələsidir”
Fərəc Quliyev: “Forum ölkəmiz üçün nüfuz məsələsidir” |
Bakıda "Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə predmetinə çevrildi. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil oldu.
Onu da bildirək ki, Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər. Şərhçilər Forumun ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyirlər. Millət vəkili Fərəc Quliyev bildirir ki, Forum ölkəmiz üçün nüfuz məsələsidir: "Bu cür ciddi beynəlxalq tədbirin bizim ölkədə keçirilməsi və orada müzakirə olunan məsələlər mühüm əhəmiyyət daşıyır. Tədbirin tərkibi də çox zəngindir. Prezidentlər, eks-prezidentlər, baş nazirlərin iştirak etməsi orada aparılacaq müzakirələrin əhəmiyyətini göstərir. Digər tərəfdən, Azərabycanı tanımaq, Azərbaycanın özünü təqdim etmək baxımından da mühüm amildir. Ümumiyyətlə, açıq cəmiyyət prinsipi iqtisadi, mədəni, siyasi, həm də sosial sferalarda idarəetmədə liberallığı təmin etmək üçün bir sistemdir. Ona görə də məsələnin bu mövzuda qoyulması da Azərbaycanın daxili siyasətinə xeyli təsir edəcək ki, burada hökumətin fəlsəfəsi oturuşsun. Həm də dünyaya inteqrasiya baxımından bunların əhəmiyyəti böyükdür. Azərbaycanın ciddi problemləri var. Prezidentin də çıxışında daha çox Qarabağ məsələsinə toxunması onu göstərir ki, hansı mövzu müzakirə olunursa olsun, milli maraqlarımızın müdafiəsi baxımından bir çox dövlətlərin qarşısında bu məsələnin qaldırılması vacibdir. Ona görə də bütün mənalarda Azərbaycanın həm inteqrasiya, həm perspektiv baxımından əhəmiyyətli tədbir oldu”. Mübariz BAYRAMOV Geri dön |