Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ankara terrorunun təşkilatçıları Rusiya-Ermənistan birliyidir” MÜNASİBƏT
Fərəc Quliyev: “Ankara terrorunun təşkilatçıları Rusiya-Ermənistan birliyidir” MÜNASİBƏT |
“Ankara terrorunun baş verməsi təkcə Türkiyəyə deyil, bütün türk dünyasına mesajdır”. Bu fikirləri SİA-ya millət vəkili Fərəc Quliyev Ankarada baş verən terror aktına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bu terror hadisəsi düşmən qüvvələrin Türkiyə və Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına mane olmaq istəyini ortaya qoydu: “Düşünürəm ki, əsas təşkilatçılar Rusiya-Ermənistan birliyidir və Türkiyə-Azərbaycan münasibətlərinin yaxşılaşmasına əngəl törətməyə çalışırlar. Rusiya açıq şəkildə PKK və PYD-yə hərbi dəstək verir, türkmənlərin mövqelərini bombalayır, Türkiyə dövlətinə təhqirlər yağdırır. For-post olan Ermənistan da bu işdə Rusiyayanın qulluğundadır”. Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə Xəzər dəhlizini açması və hətta, qiymətlərdə də endirim etməsi Rusiyanı ciddi narahat edir: “Eyni zamanda, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və hər zaman bir-birinin taleyinə sahib çıxıblar. Bu məqam düşmən qüvvələri ciddi narahat edir. Xəzər dəhlizi üzərindən yüklərin daşınması ilə bağlı Azərbaycanın Türkiyəyə yaratdığı imkan təkcə bu iki dövlətin deyil, bütün türk dünyasının iqtisadi, siyasi, hərbi əlaqələrinin güclənməsinə töhfə oldu”. Millət vəkili xüsusilə vurğulayıb ki, Ərdoğanın səfəri ərəfəsində bir daha belə bir terror aktının baş verməsi Türkiyə və Azərbaycan arasında baş tutacaq yüksək səviyyəli görüşü gecikdirə bilər amma bu görüş mütləq baş tutacaq: “Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” klassik deyiminə uyğun hərəkət edərək bir-birinə hər zaman dəstək olub və inanıram ki, bundan sonra da olacaqlar. Birliyimizə mane olmağa çalışan qüvvələr isə məğlub olmağa düçardırlar”. Tofiq Abdulla Geri dön |