Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Qlobal Bakı Forumu qlobal problemlərin çözümündə yeni səhifə açır
Qlobal Bakı Forumu qlobal problemlərin çözümündə yeni səhifə açır |
Fərəc Quliyev: “Belə bir beynəlxalq tədbirin keçirilməsi dövrün bütün çağırışlarına, o cümlədən terrora, islamofobiya və rasizmə qarşı mübarizəyə əhəmiyyətli dərəcədə öz təsirini göstərəcək”
Elman Məmmədov: “Forum həm Azərbaycan, həm də dünya, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir tədbir oldu” Bakıda başa çatan Dördüncü Qlobal Bakı Forumu ölkəmizin dünya miqyasında nüfuzunun artmasına daha bir sübutdur. Bu forum onu göstərdi ki, Azərbaycan hazırda dünyada cərəyan edən bir sıra problemlərin həllinə mühüm töhfə vermək qabiliyyəti və gücündədir. Bu forum beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, sivilizasiyalararası dialoqun inkişafı istiqamətində atılan növbəti bir addım oldu. Hazırda dünyanın bir hissəsi müəyyən problemlər içində çabalayır. Bəzi ölkələr daim terror hadisəsilə üz-üzə qalıb. Bir sıra dövlətlərdə isə millətçilik, rasizm, iqrçilik, islamofobiya kimi mənfi tendensiyalar geniş yayılmağa başlayıb. Qlobal Bakı Forumu isə dünyanın üzləşdiyi problemlərin, o cümlədən islamofobiya, rasizm, terrorun həllində mühüm rol oynamaq iqtidarındadır. Milli Məclisin deputatı Fərəc Quliyev əmin olduğunu bildirdi ki, sözügedən forum dünyada hazırda insanlığa zidd olan mənfi dəyərlərin aradan qaldırılımasına müsbət töhfə verəcək: "Qlobal Bakı Forumu açıq cəmiyyət prinsiplərinə əsasən, mədəni, siyasi, iqtisadi, ümumiyyətlə, bütün sahələrdə liberallığın üstün vəziyyətə gətirilməsini təmin edir. O mənada, həm inteqrasiya baxımından, həm də terrora, rasizmə, islamofobiyaya qarşı mübarizədə beynəlxalq təşkilatlarda axtarışlar olur, etimadlar möhkəmlənir, inteqrasiya prosesləri güclənir. Həm də belə bir tədbirin Azərbaycan kimi ölkədə keçirilməsi mühüm əhəmiyyətə malikdir. Çoxmillətli və çoxmədəniyyətli ölkə olan Azərbaycan həm dinlərarası, həm mədəniyyətlərarası, həm də sivilizasiyalararası dialoqda əsas önəm daşıyan tolerant bir ölkədir. İşğalçı Ermənistan isə monoetik dövlətdir. Ona görə də nümunə ölkə olaraq belə bir beynəlxalq tədbirin keçirilməsi dövrün bütün çağırışlarına, o cümlədən terrora, islamofobiya və rasizmə qarşı mübarizəyə əhəmiyyətli dərəcədə öz təsirini göstərəcəkdir”. Milli Məclisin deputatı Elman Məmmədov da qeyd etdi ki, forumda səslənən fikirlər və verilən təkliflər dünyada mövcud olan mənfi dəyərlərin aradan qaldırılmasına töhfə verəcəkdir: "Qlobal Bakı Forumunun düyna üçün böyük əhəmiyyəti vardır. Bu forumun Azərbaycanın təşəbbüsü ilə, eyni zamanda ölkəmizdə keçirilməsi, cənab Prezident İlham Əliyev və digər rəsmilərin tədbirdə iştirakı və cənab Prezidentin burada çıxışında etdiyi çağırış və verdiyi mesajlar, tezislər mühüm əhəmiyyət kəsb edir. Forumda iştirak edən tərkibə diqqət yetirsək, görürük ki, bu, elə-belə tərkib deyil. Orada vaxtilə və indinin özündə dünya siyasətində rolu olan insanlar iştirak edib. Hətta orada bu gün də səlahiyyət sahibi olanlar var idi. Hansı ki, onlar da həyatlarının müəyyən dövrünü dövlətlərə rəhbərlik etmiş şəxslərdir. Dünya siyasətində, dünya diplomatiyasında, dövlətlərarası dinlərarası, mədəniyyətlərarası münasibətlərdə rolu, təcrübəsi olan insanlardır. Təbii ki, bu mənada da onların fikirləri çox vacibdir. Dünyanın belə bir kritik vəziyyətində,üçüncü dünya müharibəsi təhlükəsinin yaşanıldığı, müəyyən regionlarda dini dözümsüzlüyün mövcud olduğu, qaçqın, köçkün və miqrantlara dözümsüz münasibət göstərildiyi bir dövrdə Azərbaycanda belə bir forumun baş tutması, burada fikir mübadiləsinin aparılması böyük əhəmiyyət kəsb edir. Yəni Azərbaycan cənab Prezidentimizin rəhbərliyilə bir daha dünyaya sübut etdi ki, insanlar, millət və xalqlar, dövlətlər, qurumlar sülh şəraitində yaşaya bilərlər. Dinindən, dilindən, irqindən asılı olmayaraq hamı Allah qarşısında bərabərdir, eyni hüquqludur. Bu cəhətdən hamını dözümlülüyə, bir-birilə dinc yanaşı yaşamağı öyrənməyə, hamının bir-birinin qayğısına qalmağa, bir-birinin problemlərinin həllinə şərik olmağa çağırırıq. Bu çox vacib və mühüm çağırışlardır. Eyni zamanda burada Dağlıq Qarabağla bağlı, Ermənistanın tutduğu mövqeyi, problemin həll olunmamasında birbaşa və yaxud dolayısı ilə günahı olan dövlətlər, təşkilatlarla bağlı fikirlər də səsləndirildi.Fikrimcə, forumda səslənən fikirlər öz təsirini və nəticəsini də göstərəcək. Çünki, orada iştirak edən insanların hər biri həm dünya siyasətində, həm də öz ölkələri daxilində idarəolunmada rolu və fəaliyyətləri olan insanlardır. Nə qədər olmasa da, onların sözü ilə hesablaşırlar. Onlar burada dinlərin bir-birilə dostcasına əməkdaşlıq etdiyini, insanlar arasında milli haqsızlığın olmamasını əyani şəkildə gördülər. Azərbaycanın inkişafını, nəyə qadir olduğunu gözləri ilə gördülər. Həmçinin Azərbaycan humanistliyilə tanış oldular, gələcək baxışların şahidi oldular. Çıxış edənlər də dəyərli fikirlər söylədi, təkliflər verdilər. Ona görə də forum həm Azərbaycan, həm də dünya, cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir tədbir oldu”. Rüfət NADİROĞLU Geri dön |