Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Respublikası Nazirlər kabinetinin 2015-ci ildəki fəaliyyəti ilə bağlı Fərəc Quliyervin çıxışının tam mətni.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Respublikası Nazirlər kabinetinin 2015-ci ildəki fəaliyyəti ilə bağlı Fərəc Quliyervin çıxışının tam mətni.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2015-ci ildəki fəaliyyəti ilə bağlı Fərəc Quliyervin çıxışının tam mətni.


Hörmətli Sədr, Baş nazir, kolleqalar, hökumət üzvləri 2015-ci il Azərbaycan Respublikası Nazirlər kabinetinin fəaliyyəti ilə baglı bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm.

2015-ci ilin sonunda hokumət toparlandı və bir neçə uğura nail oldu. Amma 2015-ci ildə iqtisadiyyatın şaxələndirilməsi qənaətbəxş olmadı və 12 yanvar 2016-cı ildə, yeni büdcə ili başlayar-başlamaz, büdcə yığcamlaşdırılması siyasətini və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərara alındı.
İnflyasiyanın hiperinflyasiyaya keçməməsi, alıcılıq qabiliyyəti kəskin aşağı düşmüş əhalinin sosial durumunun kəskin pisləşməməsi üçün real tədbirlərin görülməsi bu il daha vacibdir. Çünki bir millət və dövlət olaraq yaranmış vəziyyətdən mümkün olan ən qısa müddətdə və ən az itki ilə çıxmamız üçün mövcud olan resurslar hakimiyyətin əlində cəmləşib.

Hesabatdakı bir neçə məqama toxunmaq istəyirəm.
2015-ci ildə ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 2.20 mlyrd manat olub. bu 2014-cü ildən 10,4 mlrd azdır. Mən 2014-cü ildə də Nazirlər kabinetinin fəaliyyəti ilə baglı hesabatına münasibətdə də bu məsələyə toxunaraq müsbət saldonun neftə bağlı olduğunu və bunu qeyri-neft sektoru hesabına etməyin zəruri olduğunu bildirmişdim, bu gün bir daha təkrar edirəm.
Ticarət əməliyyatlarının həcmi 33,4 % azalıb, ixrac 47,6% azalıb, idxal həcmi isə 0,36%artmışdır. Amma biz idxalı azaltmalı, ixracı artırmalı idik.
Yenə də ixracın strukturunda neft və neft məhsulları 85% təşkil edir.
İdxalın strukturunda ərzaq məhsullarının payı 11%-dir. Ən pisi budur ki, bunlar ölkədə istehsal oluna bilən məhsullardır.
Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı 9,8% olub. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı 78,5% olub.
Bu isə istehsalçı və ixracatçı özəl sektorun arzulanan səviyyəyə çatmaması deməkdir.

Deməli, Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz.
Bütün bunlar onun nəticəsidir ki, daxildə istehsal lazım olan səviyyədə stimullaşdırılmır. Etiraf olunmalıdır ki, keçən dövrdə İxrac-idxal əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsulları hesabına əldə etmək üçün hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilmədi. Amma əyalət siyasətini kompleks tədbirlərlə stumllaşdırmaqla, həm idxaldan asılılıq minimum endirilər, həm də daha çox rayon və şəhər mərkəzi xərclərdən azad olunar və burada qənaət olunan vəsait çox ehtiyaclı sahələrə yönəldilə bilərdi.

Bir qədər də büdcə yükü haqda. Bu qədər yükü büdcə daşıya bilməyəcəkmi?
1,5 milyon əhalinin qazancı, ölkə iqtisadiyyatına verdiyi xeyr çox aşağıdır, ölkəni neft-qaz sektorunda çalışan 60-70 min insan saxlayır, dövlət sektorunda çalışan 884 min insanın Faydalı İş Əmsalı, iqtisadiyyata gətirdiyi əlavə dəyər qaneedici deyil. Bu şişirdilmiş ştatlardır, ölkəmizə bu qədər büdcədən, dövlətdən maaş alan insanın çalışması lazım deyil, effektiv deyil, böyük əksəriyyəti faydasız iş yerləridir. Ölkədə xeyli nazirlik, dövlət idarəsi var, əslində bunların sayı yarıbayarı aşağı enməlidir, neftin qiymətinin uzun zaman aşağı səviyyələrdə qalacağını nəzərə alaraq, bu qədər yükü büdcə daşıya bilməyəcək. Şişirdilmiş ştatlar məcburən ixtisarlara səbəb olur ki, bu da sosial gərginliyi artırır. Yunanıstanda krizin ən böyük səbəbi məhz dövlət bölməsində işləyənlərin sayının həddən artıq yüksək olması idi. Ciddi, köklü sistem, struktur islahatları olması zərurətdir.

Daha bir acınacaqlı rəqəm hökumətin torpaq payı olan hər kəsi kənd təsərrüfatında çalışan kimi qeydiyyata almasıdır. Bizdə, güya, 800 min bu sahədə çalışan işçi var. Amma, bu 800 min çalışanın ixrac etdiyi məhsulun həcmi, hansı səviyyədədir? Əyalətlərdə gerçək səmərə üçün əyalət siyasətinə xeyli dəstək vacibdir.
Əyalətlərdən Bakıya gəlmiş gənclərin əhəmiyyətli hissəsi əyalətlərə qayidib və bu davam edir. Bu qayıdışı faydalı məcraya yönəltmək lazımdır. Gənclərin yerlərdə işsiz qalmaması, kənd təsərrüfatının inkişafında bu işçi qüvvəsindən səmərəli istifadə üçün yerlərdə fermer təsarüffatlarının qurulması üşün bu gənclərə aşağı faizlə kreditlərin verilməsi, daimi məskunlaşmaı üçün torpaq sahələrinin verilməsi vacibdir. 4 il əvvəl mən bu təkliflə çıxış etmişdim.
Kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı addımlar atılmadı. Halbuki, buna imkan var idi. Manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyası, ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin manat ekvivalentində 48% və ya 3 mlrd. 145 mln. 272,160 min manat artmasına səbəb olmuşdu. Həmin 3 mlrd. 145 mln. 272,160 min manat Kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı addımlara sərf oluna bilərdi.
21 fevral develvasiyadan öncə dollar ilə kredit götürənlərin manat ilə əlavə xərci 2 dəfə, bu ilki iki devalvasiya arasındakı müddət kredit alanların xərci 50 faizdən çox artıb. Bu o deməkdir ki, cəmi bir il əvvəl 10 min dollar kredit götürən şəxs 10 min dollarlıq kredit üzrə faizlər ilə birlikdə banka 20 800 manat ödəməlidir. Bu kredit məbləğinin manat ifadəsində 2.7 dəfə artması deməkdir.
Bu devalvasiydan əhaliyə dəyən zərərin kompensasiyası ilə bağlı hökumət addım atmadı. Sonrakı dövrdə də böyük ehtimalla heç bir kömək olmayacaq, əsas yük vətəndaşlarla banklar arasında paylanacaq. Banklarda ən yaxşı halda vaxtla bağlı güzəşt edə biləcəklər görürük ki, bankların faiz güzəştləri etmək kimi bir fikri yoxdur. Bu isə bankların ən yüksək faizlərlə yenidən kreditləşdirmə həyata keçirməsi deməkdir. Proses hardasa bankların da mənfəətinədir. Ortada əziyyət çəkən sadəcə, sosial qruplar və əhali olacaq. Əhalinin böyük bir qismi banklara borcludur. Bu borclar məhz hökumətin qərarı ilə bir neçə dəfə artıb.
Təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə kreditlərin qaytarılması üçün aşağıdakı ardıcıllıq qəbul olunsun:
1.Əsas borc
2. kredit faizi
3.cərimə və peniyalar
4. borcun qaytarılması xərclərinin ödənməsi

İndiki halda kredit gecikməyə düşəndə ilk növbədə peniya ödənilir, sonra kredit faizi,daha sonra əsas məbləğə görə borc.

Bəzi iradlarımı bildirərək təkliflərimin vaxt azlığından bir qismini nəzərinizə çatdırım.
Abadlaşdırma xidmətləri, və s. xərclər adı ilə ayrılan vəsait göyə sovrulan vəsaitdir. Bunu Beylaqanda stadion timsalında gördük. Stadion uçur və İH başçısının birinci müavini bildirir ki, stadion daxili vəsait hesabına bərpa olunmuşdu. Sonradan məlum olur ki, Preziodent bu məqsədlə 600000 manat vəsait ayırıbmış. Yerli İH onda bu vəsaiti nə edib?
Bütövlükdə Mənzil kommunal təssərrüfatı üçün 500 mln manat vəsait xərclənmişdir. Halbuki bu sahə, dövlət mülkiyyəti özündə saxlamaq şərti ilə ozəl idarəetməyə verilsə idi bu vəsait xərclənməz, əksinə büdcəyə vəsait gətirərdi. Mən hökuməti növbəti dəfə bu məsələyə diqqət yetirməyə çağırıram.
2014-cü il Dövlət büdcəsindən Avtomobil Yollarının saxlanması və inkiçafına 1184,0 mln manat vəsait ayrılmış və tam xərclənmişdir. Yolların əsaslı təmiri zəruridir, amma istismar müddəti nə qədər olacaq, bu sualdır. Çünki gözəl bir yol çəkilir, üstündən qisa bir müddət kecməmiş dağıdılr. Təssərrüfatlar arasında koordinasiya bərbad vəziyyətdədir və bu ciddi israfçılığa səbəb olur.
Bu il ciddi iqtisadi resurs axtarışları vacibdir və belə imkanlar həddən artıq çoxdur. Bizim 9 iqlim qovşağımız var, nədən kənd təsərrüfatının inkişafında bundan faydalanmayaq? Hollandiya okeana torpaq töküb ölkə qurur və kənd təsərüffatından gələn gəlir ildə 100 milyard dollar civarındadır. Naxçıvanda xeyli yeniliklər olduğu göz qabaöındadır. Amma son vaxtlar məlum səbəblərdən Bakıda xeyli iş yerlərinin bağlanması üzündən gənclər əyalətlərə qayıdırlar- o cümlədən Naxçıvan MR-na . Naxçıvanda yeni emal müəssisələri ipək fabrikaları və s. iş yerlərinin açılması üçün buraya bu il əlavə vəsaitlərin ayrılmasını da vacib sayıram.

Beləliklə hesab edirəm ki, Dövlət başçısı İlham Əliyev təşəbbüsü üzərinə götürüb zamanın imperativ tələbinə çevrilmiş təxirəsalınmaz antiböhran tədbirləri görməsəydi, Hokumətin dövrün çağırışlarına adekvat fəaliyyət göstərə bilməməsi daha ciddi neqativ nəticələrə səbəb ola bilərdi. Nə qədər müqavimətlə rastlaşsa da Dövlət başçısı İlham Əliyevin gördüyü və davam edəcəyi təxirəsalınmaz antiböhran tədbirlərinin uğurlu olacağını düşünür və əlimizdən gələn dəstəyi verəcəyimizi bildirirəm.
Bütün tənqidlərimə baxmayaraq, bu bayram günündə hamını- kolleqalarımı, hökumət üzvlərini bayram münasibətilə təbrik edir, inanıram ki, Hokumət səfərbər olunaraq bu il Vətənimiz üçün ciddi uğurlara imza qoyacaqdır.

Diqqətiniz üçün təşəkkür edirəm.

Milli Dirçəliş Hərəkatı partiyası mətbuat xidməti.

Geri dön