Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Məclisinin komitə sədri Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətini kəskin tənqid edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycan Milli Məclisinin komitə sədri Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətini kəskin tənqid edib

Azərbaycan Milli Məclisinin komitə sədri Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətini kəskin tənqid edib


Arif Rəhimzadə: “Bələdiyyələrlə İş Mərkəzi yalnız bələdiyyələri yoxlamaqla, onları cəzalandırmaqla məşğuldur”
“Azərbaycanda bələdiyyələrin hüquqları pozulur. Lakin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu pozulan hüquqlarla bağlı heç bir iş görmür, əslində bu qurumun sözü də keçmir”. Bunu Milli Məclisin (MM) iclasında MM-in Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə deyib.
A. Rəhimzadə bildirib ki, Ədliyyə Nazirliyi (ƏN) isə Bələdiyyələrlə İş Mərkəzini yaratmaqla işini bitmiş sayıb: “Nazirliyin Bələdiyyələrlə İş Mərkəzi yalnız bələdiyyələri yoxlamaqla, onları cəzalandırmaqla məşğuldur”.
A. Rəhimzadə, həmçinin deyib ki, Azərbaycanda bələdiyyələrin 1/3-nə, təxminən 600-ünə torpaq üzərində mülkiyyət hüququ verilməyib.
Qeyd edək ki, hazırda parlamentin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənilir. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
A. Rəhimzadə nazir müavinin səsləndirdiyi bəzi rəqəmlərə ironik reaksiya verib.

Geri dön