Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Elçibəyə kim YAXINDIR” sualına deputat “Dədə Qorqudluq edirlər” cavabını verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > “Elçibəyə kim YAXINDIR” sualına deputat “Dədə Qorqudluq edirlər” cavabını verdi

“Elçibəyə kim YAXINDIR” sualına deputat “Dədə Qorqudluq edirlər” cavabını verdi


Azərbaycan müxalifətində milli azadlıq hərəkatının aparıcı lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin ideoloji xəttinin davamçısının kim olması məsələsində qızğın polemikalar gedir.

Bu mübahisələr qarşılıqlı ittihamlara gətirib çıxarır və müzakirələrdə iştirak edən tərəflər bir-birinə qarşı bəzən “xəyanətkar” epitetindən istifadə edirlər.

Kimi Elçibəy yolunun davamçısı hesab etmək olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev mövzu barədə Modern.az-a danışıb.

“Bizdə hərə bir “Dədə Qorduqluq” edir, ad qoyur, təsnifat verir. Mən belə şeylərin əleyhinəyəm. Azərbaycanın bütöv və ədalətli yolu var. Bu yolu liderlər gəliblər. Son dönəmdə də bu yolu davam etdirən Əbülfəz Elçibəy olub. İndi də kimsə bu yolda gedirsə, deməli bu yolun yolçusudur”.

Fərəc Quliyev bildirib ki, kimlərsə özlərini Əbülfəz Elçibəyə daha yaxın göstərmək iddiasındadırsa, bu, artıq yola aidiyyatı olan məsələ deyil. O, kimlərin Elçibəyə yaxın olması məsələsini isə belə izah edib:

“Mən bütöv azərbaycançı və turançıyam. Mənim ideoloji baxışlarım budur. Azərbaycan bölünəndən bu yolu Səttərxan, Xiyabani, Pişəvəri, Məhəmməd Əmin Rəsulzadə keçib. Son dönəmdə də Elçibəy bu yolu davam etdirib. Bizdə də bu yolu gedirik. Bizdən sonra da bunun ta hədəfə çatana qədər davamı olacaq”.

Deputat “xəyanətkar” məsələsi barədə isə bunları deyib:

“Qeybət xarakterli məsələlərə münasibət bildirməkdə çox da maraqlı deyiləm. Daha ciddi işlərlə məşğulam”.

Aqşin Kərimov

Geri dön