Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan torpaqları ZƏNGƏZUR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Qərbi Azərbaycan torpaqları ZƏNGƏZUR

Qərbi Azərbaycan torpaqları ZƏNGƏZUR


Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər
Zəngəzur ərazi etibarilə Araz çayı boyu ilə Meğridən başlamış Əkərəyə qədər, şimala doğru isə Qapıcıq, Xustup dağlarına, Zəngəzur sıra dağlarından Bərguşad dağlarınadək ərazini əhatə edir.
XIX əsrdə yeni inzibati ərazi bölgüsünə əsasən, Qafan, Gorus, Meğri, Sisyan rayonları Zəngəzur qəzası adı ilə Yelizavetpol (Gəncə) quberniyasına daxil olmuşdur. Zəngəzur “zəngilər” türk tayfasının adı əsasında yaranmışdır. F.Sümər yazır: «Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər»
Toponimin sonundakı «zur» türk dilində «dərə», «yarğan» mənasında işlənən car (>zar>zur) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Zəngi - İrəvan quberniyasında, indiki Ermənistanda çay adıdır. Bu çay başlanğıcını Göyçə gölündən götürür. Axta (Razdan), Sevan rayonlarından, İrəvan şəhərindən, Zəngibasar (Masis) rayonunun ərazisindən axıb Araz çayına tökülür.
Çayın adı qıpçaqların zəngi tayfasının adı (238, s. 123,257; 256, s.26) əsasında əmələ gəlmişdir, etnohidronimdir. Çayın adı dəyişdirilib Razdan çayı qoyulmuşdur.
Zəngilər - İndiki Ermənistanın Zəngibasar (Masis) rayonunda kənddir. Rayon mərkəzindən 4km şimal-qərbdə, Zəngi çayının sahilində yerləşir. 3 yanvar 1935-ci ilə kimi kəndin adı Donuzgiən (Donuzgirən) olmuşdur. Burada 1988-ci ilin noyabr-dekabr ayına kimi yalnız azərbaycanlılar yaşamışdır.
Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: «Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər». Ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdır. Deməli, zəngilər qıpçaq tayfalarından biridir. Etnotoponimdir.

Geri dön