Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaxşı adamlar unudulmur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, DAVAMın yazıları > Yaxşı adamlar unudulmur

Yaxşı adamlar unudulmur


Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan "Birlik" elegiyası



Vüsal Orucov Avropa Azərbaycan Məktəbinin əməkdaşı idi. Bu il yanvarın 17-də Sumqayıtda avtomobil qəzasında dünyasını dəyişmişdir.Bu xəbəri eşidəndə hamı bir-birinə dəydi; ola bilməz,yəqin ki, informasiya saytları səhv məlumat veriblər. Amma olan olmuşdu.Ad günündən qayıdan Orucovlar ailəsinə bədbəxtlik üz vermişdi.
Vüsal həyatsevər gənc idi. O, informasiya texnologiyaları üzrə mütəxəssis idi.Ölümündən bir neçə gün əvvəl Avropa Azərbaycan Məktəbinin rəhbərliyi onu ixtisası üzrə daha məsul vəzifəyə təyin etmişdi.
Vüsal xarici ölklərin birində ingilis dilində ali təhsil almaq arzusunda idi.
Vüsal təhsil sistemin ən yaxşı veb-proqramçılarından biri idi.O, bir neçə saytın təsisçisi kimi də tanınırdı.
Vüsal Avropa Azərbaycan Məktəbinin bütün mədəni-kütləvi tədbirlərinin texniki təşkilatçısı idi.Məktəbdə keçirilən tədbirlərdən onun hazırladığı maraqlı və düşündürücü foto süjetləri həmişə diqqəti cəlb edirdi.
Avropa Azərbaycan Məktəbinin yeni tədris korpusunun texniki tərtibatında Vüsal və onun iş yoldaşları böyük və səmərəli fəaliyyət göstərdilər. Vüsalgil Avropa Azərbaycan Cəmiyyətinin 10 illiyinə ciddi hazırlaşırdılar.Təəssüf ki,bu günlərdə keçirilən bu yubiley tədbirində
Vüsal iştirak edə bilmədi. Amma Vüsal unudulmadı.Avropa Azərbaycan Məktəbinin müəllim,şagird və inzibati sahə əməkdaşları
"Getmə,getmə,gəl" adlı maraqlı " Birlik" adlı kompozisiya ilə Vüqarın xatirəsini yad etdilər, Vüqar üçün çox maraqlı, yadda qalan,insanı düşündürən bir elegiya oxudular. Layihənın ideya rəhbəri məktəbin əməkdaşı Kəmalə Şəmilovadır.
Hüznlü və insanları yaxşılığa səsləyən çağırışların ifaçıları Vüsalın xatirəsini əbədiləşdirmişlər.
...Kadrlara baxıram;həmişə məktəb tədbirlərində Azərbaycan və ingilis dillərində maraqlı nəğmələrlə çıxış edən 10-cu sinif şagirdləri Lalə Mirzəyeva və Aysel Əliyeva hamını Vüsalla ilgili xəyallar aləminə aparır.Kəmalə xanım da, ingilis dili müəllimləri Aynur Hüseynova, Renata Novruzova, Şəms Əiyarova,Fidan Heydərova, musiqi kafedrasının rəhbəri Şəfiqə xanım Həsənova, rəqs müəllimi Yusif Mirzəyev,şahmat müəllimi Rəşad Sideifzadə də həyatda düşməni olmayan Vüsal müəllimin itkisinə üzə çıxmayan göz yaşları ilə ağı deyirlər.
8-ci sinif şagirdi Murad Mikayılov,7-ci sinif şagirdi ÇiçəkMəmmədova,6-cı sinif şagirdi Rəvan Əlizadə, 4-cü sinif şagirdləri Saylı Quliyeva,Humay Mustafayeva və başqaları tar, skripka, gitara, piano və başqa musiqi alətləri ilə əziz müəllimlərini yad edirlər.

AÇILMAZSA BURAYA TIKLAYIN
..Son kadrlarda Vüsal görünür O, zarafatyana yerişlə hansısa tədbirin operatoruna yaxınlaşır, kameranı əli ilə qapamaq istəyir.
Vüsalın qapanmış kameranın önündən səsi gəlir:" Sumqayıta getməliyəm,..."
Sonra heç nə eşidilmir.
Vüsal yaşadığı doğma şəhərinə-Sumqayıta getdi, bir daha Bakıya-Avropa Azərbaycan Məktəbinə qayıtmadı..
Təəssüf...

Nazim Nəsrəddinov,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi.

Bakı,

18.03.2016.

P.S. Kəmalə Şəmilovanın ideya rəhbəri olduğu layihəni- "Getmə,getmə,gəl" layihəsini (Birlik layihəsini) oxuculara təqdim edirəm.

Geri dön