Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda təhsil və bələdiyyə sahəsindəki qanun pozuntularının aradan qaldırılması üçün təkliflər hazırlanıb
Azərbaycanda təhsil və bələdiyyə sahəsindəki qanun pozuntularının aradan qaldırılması üçün təkliflər hazırlanıb |
Azərbaycanda bələdiyyələrin fəaliyyətində ən çox rast gəlinən qanun pozuntularının aradan qaldırılması üçün təkliflər hazırlanıb.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev çərşənbə günü bildirib ki, yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər Baş Prokurorluqda araşdırılıb. İdarə rəisinin sözlərinə görə, cinayət xarakterli materiallar və cinayət işlərinin istintaq təcrübəsi ümumiləşdirilərək daha çox rast gəlinən xarakterik qanun pozuntuları, onlara şərait yaradan hallar müəyyənləşdirilib və onların aradan qaldırılmasına dair bir sıra təkliflər hazırlanıb. Əliyev bildirib ki, həmin təkliflər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilati və zəruri tədbirlərin görülməsi məsələsinin nəzərdən keçirilməsi və məsələyə münasibət bildirilməsi üçün müvafiq qurumlara göndərilib. Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən Bakı şəhəri ərazisində bir sıra məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə, standartlara uyğun olmayan işlərin görülməsi və mövcud normaların tələblərinin pozulması hallarına yol verilməsi faktları üzrə də araşdırmalar aparılıb. İdarə rəisi deyib ki, araşdırmaların nəticələri üzrə bu sahədə qanunsuzluqların, onların baş verməsinə şərait yaradan halların təxirəsalınmadan aradan qaldırılması və gələcəkdə bir daha təkrar olunmaması üçün təsirli tədbirlər görülməsi barədə Təhsil Nazirliyinə təqdimat göndərilib. Eyni zamanda, təhlillər aparılmaqla bu sahədə işin yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması məqsədilə konkret təkliflər hazırlanıb. Əliyev hər iki məsələ ilə bağlı hazırlanmış təkliflərin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını deyib. Geri dön |