Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan paytaxtında Rusiya istehsalı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycan paytaxtında Rusiya istehsalı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur

Azərbaycan paytaxtında Rusiya istehsalı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur


Bu ilin may ayının 1-dən etibarən Bakı şəhərində Rusiya istehsalı olan avtomobillərlə taksi xidmətlərinin göstərilməsinə qadağa qoyulacaq.
Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, mayın 1-dən etibarən Bakı şəhərində yalnız «London taksiləri» və digər ağ rəngli avtomobillər taksi xidmətini göstərəcək: «Göstərilən vaxtdan sonra lisenziyası olmadan və Rusiya istehsalı olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq ediləcək və onların taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq».
N.Həsənov həmçinin bildirib ki, ümumiyyətlə, Bakı şəhərində 5 min avtomobilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi planlaşdırılır: «Bakıda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin hamısı («London taksiləri» istisna olmaqla) ağ rəngdə olmalıdır».

Nazirlik rəsmisi onu da qeyd edib ki, hazırda Bakıda 1 000 ədəd «London taksisi» fəaliyyət göstərir: «Cari ilin sonunadək bu taksilərin sayının 3 minə çatdırılacağı planlaşdırılır».

Geri dön