Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qubanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 10-15 sm-ə çatıb.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Qubanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 10-15 sm-ə çatıb.

Qubanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 10-15 sm-ə çatıb.


Martın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Qubanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 10-15 sm-ə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə 6, Daşkəsən, Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində 10-15 sm-ə çatıb.

Geri dön