Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Bu yaz bir başqa yazdır
Bu yaz bir başqa yazdır |
Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi. Sevindim ki,yaz gəldı.Kənddəki həyət-bacanı qaydaya salaram.Həyətdə bacardığım əkin-biçin işlərinə başlayaram. Amma bu yaz başqa yaz imiş. Qəbələdə hələ də qar əriməyib. Arada Təbrizdən Əbdülhəmid müəllimə zəng edib,hal-əhval tuturam. Bilir ki, nəyi soruşacağam. Deyir ki,yaz gecikib,həyətdə hələ işləməyə dəyməz. Keçən il quruyan armudların yerində İki göyəm əkmişəm. Tutları da şah tutla calaq eləyəcəyəm. Hələ vaxtı çatmayıb, tələsmə. Bir azdan işləməyə o qədər işin olacaq ki... Qəbələ hələ çox soyuqdur. Sağ ol,Əbdülhəmid müəllim. Allah ömrünü uzun eləsin! Ruzi qayğıları və ya Təbrizdən məktub Calaq vurasıydım cır almalara, Pisləşdi havalar yarımçıq qaldı. Çəpər əyilmişdi qonşuya sarı Düzəltdim, bir tərəf çox açıq aldı. Yeri belləmişdim,bellətdirmişdim, Bu işim deyəsən, yerinə düşüb. Dağdan çəkdirdiyim bulağın gözü Tez-tez ağlamaqdan pis günə düşüb. Gününü torpağa bağlayanların Hava pis olanda dalağı sancır. Mənim tək kənd işin bilməyənlərin Ayaqları qançır,əlləri qançır. Gərək Polad kimi qışqırım mən də: "Gəl, ey nazlı bahar, çicəkli bahar". İndi mənim ruzim torpaqdan çıxır, Tale də sözümə baxmayır daha. Yerini dəyişmək çətin məsələ, Nə yaman nəsneymiş bu yer dəyişmə. Ay bahar, bahar ol, adamlıq elə, Tulla pisliyini, bəsdir, döyüşmə. Təbriz, 28.03.2016. Geri dön |