Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Erməni terroruna qarşı Azərbaycan-Qərb birliyi
Erməni terroruna qarşı Azərbaycan-Qərb birliyi |
Fərəc Quliyev: “Öz mənafeləri baxımından bu məsələyə yenidən baxmaq, siyasətlərində də dəyişiklik etmək məcburiyyətindədirlər”
Son zamanlar terror təhdidi Avropanı cənginə alıb. Parisin ardınca Avropanın siyasi mərkəzi sayılan Brüsseldə də terror olayı baş verdi. Hansı ki, ona qədər Avropa İttifaqı ölkələri xalqlarının əksəriyyəti terrorun onların yaşadıqları ölkələrə ayaq aça bilməyəcəyini zənn edridilər. Buna qədər Avropa ölkələri rəsmiləri də terrora tam ciddi şəkildə yanaşmırdılar. İndi isə öz başlarına da gəldiyindən əl-ayağa düşüblər. Azərbaycan da 20 ildən çoxdur ki, erməni terroru ilə üz-üzədir. Ermənistan bir dövlət olaraq ölkəmizə qarşı terror siyasəti həyata keçirir. İndiyə kimi də Qərb Ermənistanın terror və başqa dövlətlərin torpaqlarını işğal etmək siyasətinə göz yumub. Yəni, erməni terrorunun zərərsizləşdirilməsində bu günə qədər Qərb ölkəmizə hər hansısa bir kömək əlini uzatmayıb. Əksinə, bir çox hallarda ermənilərin maraqlarından çıxış ediblər. Görəsən, Brüssel hadisəsindən sonra erməni terrorunun zərərsizləşdirilməsində Qərb Azərbaycana yardım edə bilərmi? Milli Məclis deputatı Fərəc Quliyev qeyd etdi ki, Qərb dövlətləri ən azından özlərinin maraqları baxımından sözügedən məsələdə Azərbaycana münasibətdə obyektiv mövqe sərgiləməlidir: "Dəfələrlə Azərbaycan tərəfi olaraq bəyan edirdik ki, terror lokal proses deyil. Öz mənafeləri baxımından bu məsələyə yenidən baxmalı, siyasətlərində də dəyişiklik etmək məcburiyyətindədirlər. Digər tərəfdən, artıq ümumiyyətlə başa düşüblər ki, məkan olaraq dünyanın harasında olursa-olsun, bir ədalətsizlik, terrora göz yummaq, onları təsnifat edib, yaxşı və pislərə bölmək varsa, günün birində onlar hansısa formada özlərinə də zərər verə biləcək. Artıq bunu qəbul edib və başa düşüblər. Hesab edirəm təbii ki, Azərbaycana münasibətdə də ən azından qərəzli mövqedən çəkilib, obyektiv mövqe tutmağa çalışacaqlar”. Rüfət NADİROĞLU Geri dön |