Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Suraxanıda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirilib
Suraxanıda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirilib |
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təşəbbüsü ilə anım tədbiri keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvlərinin, YAP Suraxanı rayon təşkilatının fəallarının və ictimaiyyətin nümayəndələrinin, Milli Məclisin deputatı Sevinc Fətəliyevanın da iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, soyqırımı qurbanlarının, Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Bakı Kölgə Teatrının aktyorlarının ifasında erməni vəhşiliyini əks etdirən “Əsgər papağı” tamaşası nümayiş olunub. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək 1918-ci ilin martında erməni daşnaklarının və bolşevik qüvvələrinin Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımını həyata keçirdiklərini bildirib. Bu qanlı qırğında on minlərlə azərbaycanlının kütləvi şəkildə öldürülməsi XX yüzilliyin ən qanlı səhifələrindəndir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti qurmaqdır. İ.Abbasov bu soyqırımının əsl hüquqi-siyasi qiymətin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra verildiyini vurğulayıb. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə atılan mühüm addımlardan biridir. Belə bir kompleksin inşası son dərəcə vacib əhəmiyyətə malikdir. İlqar Abbasov xalqımıza qarşı törədilən faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyətini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. İlqar Abbasov bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının rolunu xüsusi qeyd edib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün görülmüş işlərdən danışıb, bu baxımdan virtual imkanlardan geniş istifadə olunmasının vacibliyini vurğulayıb. Sonda Bakı Kölgə Teatrına Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi, aktyorlara isə YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları təqdim olunub. Geri dön |