Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev: Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırdı (FOTO)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Prezident İlham Əliyev: Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırdı (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırdı (FOTO)


NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də NATO-nun baş katibi Anders Foq Rasmussenlə birgə Alyansın Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxışında deyib.

"1990-cı illərin əvvəllərindən Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərəçarpan irəliləyişi əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri vardır. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olmuş və onlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrənmişlər" İlham Əliyev əlavə edib.

Prezident bildirib ki, Azərbaycan Əfqanıstanda ilk vaxtlardan olmuşuq.

"Cənab baş katibin qeyd etdiyi kimi, biz hava məkanından və ərazimizdən keçmək imkanını yaradırıq. Çox şadam ki, Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır. Bu gün biz bu sahədə gələcək əməkdaşlığımızı müzakirə etdik. Əməkdaşlığımızı bu sahədə genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırıq.
Eyni zamanda, biz Əfqanıstanda qulluq etmək məqsədi ilə hərbçilərimizi oraya ezam edirik. Bu, Əfqanıstanda beynəlxalq sülh qüvvələrinin apardıqları əməliyyatlar baxımından üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsidir. Bu gün, həmçinin mən cənab baş katibə məlumat verdim ki, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq" dövlət başçısı bildirib.

İlham Əliyev sözlərinə görə, bu gün onlar, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə ediblər.

"Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bunun üçün yaxşı hüquqi əsas vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcəkdir.
Bu gün apardığımız müzakirələrin müəyyən hissəsi enerji təhlükəsizliyinə həsr olunmuşdu. Bu, bütün ölkələrin - həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcəkdir. Avropadakı istehlakçılarımız, həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir.
Baş katibə etdiyi dəvətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Münasibətlərimizin inkişaf etməsindən və dəyişməsindən məmnunluğumu bildirirəm. Ümidvaram ki, əlaqələrimiz uğurla inkişaf edəcəkdir və qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanacaqdır" Prezident çıxışının sonunda söyləyib.

Prezident İlham Əliyev: Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırdı (FOTO)















Prezident İlham Əliyev: Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırdı (FOTO)

Geri dön