Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Hüquq > Gəncədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Gəncədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib


Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

Bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Göygöl rayonu İbrahim Hüseynov adına orta məktəbdə həmin rayon İcra Hakimiyyətinin və digər dövlət orqanlarının məsul nümayəndələrinin, məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələrdən biri də 1918-ci ilin 31 mart tarixindəki soyqırımı hadisələridir. Həmin tarixdə erməni-bolşevik birləşmələrinin, silahlı daşnakların dinc azərbaycanlıların evlərinə soxularaq amansız vəhşiliklər törətməklə, kütləvi insan qırğınını həyata keçirmələri, son dövrdə Qubada bu hadisələr zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktların üzə çıxarılması, orada tapılmış saysız-hesabsız insan sümüklərinin bu qırğınlar zamanı erməni vəhşiliyini təsdiqləyən əyani dəlillər olması tədbir iştirakçılarının nəzərinə çatdırılmış və bu ərazidə mart hadisələri zamanı qətlə yetirilmiş on minlərlə insanın xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksinin yaradılması vurğulanıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya ictimaiyyətinə, o cümlədən BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmış Bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə mövzu ətrafında Göygöl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı B.Rəsulov, rayon Gənclər və İdman İdarəsinin rəisi Z.Abbasov, Təhsil İdarəsinin Həmkarlar İttifaqı sədrinin müavini D.Mövlayeva və digər iştirakçılar çıxışlar etmiş və fikir mübadiləsi aparılıb.

Geri dön