Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni təcavüzü nəticəsində 240,4 km dəmir yolu işğal altına düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Erməni təcavüzü nəticəsində 240,4 km dəmir yolu işğal altına düşüb

Erməni təcavüzü nəticəsində 240,4 km dəmir yolu işğal altına düşüb


31 mart Dünya azərbaycanlılarının hüzn və kədər günüdür. Həmin gün Bakı şəhərində və quberniyanın müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər.

Bakıda törədilən qırğınlar təkcə mərkəzlə məhdudlaşmamış, kütləvi qırğınlar Qubanı, Şamaxını, Göyçayı, Lənkəranı, Salyanı, Kürdəmiri, Qarabağı və digər ərazilərimizi tutmuşdur.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən təşkilatlarında keçirilən anım tədbirlərində soyqırım qurbanlarının xatirəsi yad olunur, facəni yaradan səbəblər, soyqırım nəticəsində vurulan maddi və mənəvi ziyan bir daha xatırlanır.

Bu barədə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərman vaxtilə millətimizə qarşı ünvanlanmış tarixi haqsızlıqların gələcək nəsillər tərəfindən unudulmaması, yaddan çıxarılmaması istiqamətində dövlət səviyyəsində atılmış mühüm bir addımdır.

Əslinə qalsa Azərbaycan iki əsrə yaxındır ki, soyqırım məngənəsində əziyyət çəkir. İyirminci əsrin sonlarında torpaqlarımızın iyirmi faizindən çoxunun erməni quldurları tərəfindən işğal olunması həmin bədnam siyasətin tərkib hissəsidir.

Bu işğal nəticəsində ölkəmizin dəmir yolu sistemi də az zərər görməmişdir. Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşmüşdür: Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km.

İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəymişdir. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir: Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılmışdır. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalmış, təqribən 14 mln. ABŞ dolları həcmində ziyan dəymişdir.

Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 mln. 860 min ABŞ dolları məbləğindədir.

Horadiz-Mincivan-Qafan -İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM) , cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılmışdır.

Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı - 10 mln. 250 min ABŞ dolları təşkil edir.

Bura daxildir: istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinləri, qaldırıcı qurğuları, ağır maşın-mexanizmləri, inzibati binaları, yoldəyişdirici qurğuları, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar.

Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 12 mln. 350 min ABŞ dolları məbləğindədir.

Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 3 mln. 600 min ABŞ dolları təşkil edir. Bura daxildir: 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi.

Hələ tariximizin çox qaranlıq məqamları üzə çıxacaq. Uzun illər yeraltı və yerüstü sərvətlərlə zəngin olan məmləkətimizin başına nələr gətirilməyib ki… Dünya azərbaycanlılarının hüzn və kədər günündə yaddaşımızı təzələmək istəyindən soyqırım qurbanlarının xatirəsini bir daha əziz tutur, millətimizə Tanrıdan səbr diləyirik.

Geri dön