Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ŞAİRİN HƏYATI ONSUZ DA ZİNDANDIR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > ŞAİRİN HƏYATI ONSUZ DA ZİNDANDIR

ŞAİRİN HƏYATI ONSUZ DA ZİNDANDIR


Saday Şəkərliyə


Şarin həyatı onsuz da zindandır,
Hönkür-hönkür ağlayan candır.
İçdə bulud təki çarpışan həyəcandır..
Dünya ağrıları qəlbinə sığmaz,
Bəxtinə günəş doğmaz.
Bütün əzablar bağrından keçər,
Hər gün min dəfə qanını içər.
Şairə məhkümluq həyatı qıyanlar,
Alışan bağrını dərdlə oyanlar,
Şairin zindanı ürəyidir,
Sevgisi ilham mələyidir.
Şairin harayı misrası,
Olmayın şair qələminə asi.
Şair zindana düşsə
zindan zindanlıqdan çıxar,
harayı aləmi yıxar.
Şair ürəyinin ağrısı yuxusuz gecələrə çıraq,
Bütün ağrı-acılardan verər soraq.
Onun ilhamını hürkütməyə çalışmayın,
Buludlartək hönkürtməyə çalışmayın.
Dünyanın dərdlərini deyənləri,
Öz içlərini yeyənləri,
Sizlər anlaya bilməz,
Anlayıb da haqq yola gəlməz,
Məhbəsi şairə yaraşdırmayın,
Allahın səbrini daşdırmayın.
Bu dünya şairə hicrandır,
Şarin həyatı onsuz da zindandır.
31.03.2016
Şirin Xanım Kərimbəyli Şadiman

Geri dön