Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müharibə veteran olan müəllimi universitetdəki işindən necə çıxarıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Müharibə veteran olan müəllimi universitetdəki işindən necə çıxarıblar

Müharibə veteran olan müəllimi universitetdəki işindən necə çıxarıblar


Gəncə Dövlət Universitetinin sabiq müəllimi Fikrət Hacıyev Göygöldəki evində başladığı aclıq aksiyasını davam etdirir.

F.Hacıyev bildirib ki, onun 20.12.2011 tarixində Gəncə Dövlət Universiteti (GDU) ilə bağlanmış əmək müqaviləsi "seçki müddəti qurtardığına görə" bəhanəsi ilə ləğv edilib. Əsas kimi fakültə elmi şurasında gizli səsvermə zamanı lehinə 4, əleyhinə 12 nəfərin səs verməsi göstərilir.

“Əsl səbəb aylarla dərsə gəlməyən tələbələrə (GDU-da deyilən kimi, "aylığa" çıxan tələbələrə) "qayıb" yazdığıma görə kafedra və fakültə rəhbərliyi tərəfindən təşkil olunmluş təqib və təhqirlərə dözməyib, müxtəlif dövlət orqanlarına şikayət etməyim olub. 26.12.2011 tarixində Gəncə şəhəri Nizami rayon məhkəməsinə işə bərpa iddiası ilə ərizə vermişəm. 9.02.2012 tarixində məhkəmə (hakim Rəhman Muradov) qətnamə çıxardı. Qətnamədə göstərilir ki, iddiam təmin edilməsin”-deyə F.hacıyev saytımıza açıqlamasında deyib.

Özü haqqında danışan F.Hacıyev deyib ki, 1982-ci ildə Mockva Energetika İnstitutunun elektron texnikası fakültəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutda oxuduğum müddətdə adı bir neçə dəfə Heydər Əliyevin çıxışlarında çəkilib. Xocalı faciəsində sonra könüllü milli orduya gedib, Qarabağ müharibəsi veteranıdır. 1994-cü ildən GDU-da müəllim işləyir və müəllim işlədiyi 18 il ərzində bir tələbədən belə rüşvət almayıb.

“Halbuki, maaşım az olduğundan övladlarım ehtiyac içində böyümüşlər”-deyə o, bildirib.

O daha sonra deyib: “Məhkəmədə GDU-nun vəkili Xəqani Ələkbərov bildirdi ki, “orduya getmək hər bir vətəndaşın borcudur. Lazım gələrsə hər bir kəs vətəni müdafiə etməyə getməlidir. Sizin müharibəyə getməyinizin işə dəxli yoxdur”. Ancaq Xocalı faciəsindən sonra vətəni qorumaq məgər lazım deyildi? Niyə o böyüklükdə universitetdən Xocalı faciəsindən sonra tək mən könüllü orduya getdim? İndi isə Xocalı faciəsinin 20 illiyi ərəfəsində 52 yaşımda məni işdən çıxarırlar. Onu da qeyd edim ki, mənim iki övladım Qafqaz universitetinin I və II kurslarında oxuyurlar və ailəmizin yeganə qazanc mənbəyi itirdiyim maaş idi.

Halbuki kafedra müdirim Zakir Zeynalov orta məktəb səviyyəsində savadı olmayan, 1993-cü ildə universiteti bitirdikdən sonra vətəni müdafiə etmək əvəzinə Rusiyaya qaçıb alver edən dost tanışlarını ətrafına toplayıb, son 8 il ərzində məni təqib və təhqir etdirir. İşi ancaq rus müəlliflərin məqalə və kitablarını tərcümə etdirib, öz adına çap etdirməklə plagiatlıqla məşğul olan bu "alimin" savadını isə surətini s izə göndərdiyim məqalədən görmək olar. Fizika-riyaziyyat elmlər namizədi, dosent Zakir Zeynalovun GDU-nun elmi əsərlər məcmuəsinin 2004-cü ilin VIII cildində çıxan məqaləsinin bir səhifəsində 21 səhv tapmışam. Bu səhvlərdən bəziləri ciddi elmi səhvlərdir ki, hətta orta məktəb şagirdləri belə bu səhvə görə aşağı qiymətə layiq görülə bilər. Misal üçün Zakir Zeynalov iddia edir ki, guya "A. Eddinqtona görə, Günəş enerjisinin mənbəyini Günəş dərinliklərindən azad olunan nüvə parçalanması təşkil edir" və guya bu "bir sıra çoxsaylı təcrübələrdə təsdiq edilmişdir". Halbuki, IX sinif fizika dərsliyinin 188-ci səhifəsində qeyd olunur ki, Günəşin mərkəzində "protonlar birləşərək helium, helium isə birləşərək daha ağır elementlər əmələ gətirir". Yəni Günəşdə parçalanma deyil, birləşmə (sintez) nüvə reaksiyaları gedir. Deməli IX sinif şagirdi belə "alim" Zakir Zeynalovun "elmi" məqaləsində kobud elmi səhv tapa bilər.

Dünya şöhrətli alim Rafiq Əliyev kimi bir ziyalımız kafedra müdirliyindən azad olunur, ancaq Zakir Zeynalov kimi ancaq cibini düşünən və ətrafına özü kimi savadsız kadrlar toplamaqla məşğul olan bir şəxsə isə, edilən çoxsaylı şikayətlərə baxmayaraq, gözü üstə qaşın var deyən yoxdur”.

F.Hacıyev deyib ki, ailəsinin itirdiyi maaşdan başqa (mühribə veteranı kimi aldığı 33 manat nəzərə alınmazsa) heç bir gəliri olmadığına və 52 yaşında yeni iş tapmağı qeyri-mümkün olduğundan 10.02.2012 tarixindən aclıq aksiyasına başlayıb.
Artıq 6 gündür aclığlı davam etdirən Fikrət Hacıyev deyib ki, bundan sonra saglamlığında yaranacaq problemə görə Gəncə Dövlət Universitetinin rektoru, dekan İldırım Qasımov və kafedra müdiri Zakir Zeynalov məsuliyyət daşıyacaqlar.

Geri dön