Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Bir əziz dost itirmişəm
Bir əziz dost itirmişəm |
2014-cü ilin mart ayının 31-i idi.Dərslərimi deyib qurtarmışdım. Kafedrada internet səhifələrində son xəbərlərə baxırdım.Birdən gözləmədiyim bir xəbərlə rastlaşdım:saytlarda vəzifəli şəxlərdən birinin qardaşının 75 yaşında dünyadan köçdüyü haqqında xəbər verilmişdi. Sarsıldım.İcazə alıb küşəyə çıxmışdım ki,oğlum zəng etdi.Nə demək istədiyini bildiyim üçün sözünü kəsdim, dedim ki,filan yerdəyəm, gəl.Demə,o maşınını elə yaxınlıqda saxlayıbmış.Bir yerdə mərasim yerinə getdik. İsa Cavad oğlu Əliyev mənim qrup yoldaşım idi. O vaxtlar Azərbaycanın yeganə universiteti olan Azərbaycan Dövlət Universitetinin qiyabi filologiya fakültəsində 6 il bir jerdə oxumuşduq. Hər ikimiz tokar idik.O,Paris kommunası adına Gəmi Təmiri Zavodunda,mən isə leytenant Şmidt adına zabodda işləyirdim. Dost idik.Bəlkə də bizi dostlaşdıran elə bu fəhlə ixtisası idi. İsa bizdən bir neçə yaş böyük idi,fakültədə ruscanı hamıdan yaxşı bilirdi.Əsgərlikdə olması, atasının vaxilə partiya və sovet orqanlarında işləməsi onun dilbilmə qabiliyyətlərinin əsas səbəblərindən sayıla bilərdi.O,hələ tələbə ikən Məhəmməd Peyğəmbər haqqında rus dilində yazılmış iri həcmli bir əsəri Azərbaycan dilinə uğurla tərcümə etmişdi.Bu əsər çap olunmasa da, İsanın xalq iclasçısı olduğu Respublika Ali Məhkəməsinin əməkdaşları tərəfindən maraqla qarşılanmış,üzü köçürülərək hüquqşünaslar arasında geniş şəkildə yayılmışdı. İsanın diplom işi rus-Azərbaycan ədəbi əlaqələrinə aid idi. Maraqlı iş alınmışdı. Müdafiə də uğurla keçmişdi.Müdafiə zamanı komissiya üzvlərinin və diplom rəhbəri professor Hidayət Əfəndiyevin təkidli xahişlərinə baxmayaraq, İsa universitetdə qalıb elmi işini davam etdirmək istəmədi. İstehsalatda qaldı, Montin adına savodun həmkarlar təşkilatının sədri seçildi, Xətai Rayonu İcra Hakimiyyətində mənzil məsələləri üzrə mütəxəssis işlədi. Sonralar yenə də zavoda qayıtdı, təqaüdə də buradan çıxdı. İsa dünyadan köçəndə 70 yaşı təzəcə tamam olmuşdu. Tarixdə düz qalmaqdan ötrü onu da deyək ki, nekroloqda İsaya aid edilən 75 yaş və soyad da düz yazılmamışdı. İsa təqaüdə çıxarılandan sonra nəvələrini başına yığıb, öz aləminə qapanmışdı. Bir az nasazlığı hiss olunurdu. Qardaşı ona dayaq oldu, adlı-sanlı həkimləri Bakıya yığdı,İsanı dünyanın ən yaxşı həkimlərinin yanına göndərdi. Lakin 31 mart 2014-cü ildə - Soyqırımı günündə İsa dünyadan köçdü. Onu valideynlərinin və qohum-əqrəbalarının dəfn olunduğu Mehdiabad qəbirstanlığında torpağa tapşırdıq. O gündən iki il keçir.İki ildir ki, mən ən yaxın dostumu itirmişəm.İki ildir ki, İsanın övladları onu gecə də, gündüz də xatırlayırlar.İki ildir ki, İsanın babasız qalan nəvələri babanın ölümünə inanmırlar. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi. 01.04.2016. Geri dön |