Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > BBC:İRAN’DA EVLƏRDƏ AZƏRBAYCAN DİLİ DƏRSİ DEYƏNLƏRİ TUTURLAR
BBC:İRAN’DA EVLƏRDƏ AZƏRBAYCAN DİLİ DƏRSİ DEYƏNLƏRİ TUTURLAR |
BBC Azərbaycan xidmətinin yaydığı xəbərə görə “İranda Azərbaycan dilli dərnəklərdə iştirak edənlər və evlərə gedib azərbaycan dilində dərs deyənlər həbs olunur” – bunu bəzi İran azərbaycanlıları iddia edir.
Yanvar ayında İranda bir neçə azərbaycanlı fəalın həbs olunmasına dair məlumatlar yayılıb. Onlardan birinin keçmiş tələbəsinin evində onunla birlikdə həbs olunduğu iddia edilir. Bu arada isə Evin həbsxanasında saxlanılan məhbus Səid Mətipurun işi beynəlxalq diqqət cəlb edib və kanadalı senator İran hakimiyyətindən onun azad edilməsini tələb edib. Təbriz şəhərində tutulmuş azərbaycanlı, 32 yaşlı İbrahim Savalan təxminən 5 gün öncə İran Kəşfiyyat Nazirliyinin Təbriz bölməsindən ailəsinə zəng vurub və hələlik orada saxlandığını xəbər verib, amma nə vaxtadək orada qalacağını bildirməyib. Bu barədə BBC Azərbaycancaya onun qardaşı olduğunu və Ərdəbil şəhərində yaşadığını deyən Cəlal Rəşidi telefonla xəbər verib. O deyib ki, İbrahim bəy tutulduğu ilk 15 gün ərzində aclıq aksiyası keçirib, ancaq ailəsinin və dostlarının təkidilə aksiyanı durdurub. Qardaşının dediyinə görə, tutulmazdan öncə son aylarda İbrahim Savalan evlərdə dil, ədəbiyyat və sosiologiya dərsləri keçirdi. “Tam mədəni hərəkətinə görə onu tutublar”. İbrahim Savalana qarşı hələlik ittiham oxunmayıb. “Onun hansı əsasla tutulduğu aydın deyil” – Cəlal Rəşidi deyib. İxtisasca mühəndis olan İbrahım Savalan (Rəşidi), Azərbaycan dili və sosiologiya üzrə müəllimdir, Şəhriyar ədəbiyyat dərnəyinin qurucularındandır. Onun yazıları İranın Azərbaycan əyalətində dərc olunan Bayram , Laçın və bir çox digər dərgilərdə çap edilib. Təzyiqlər İbrahim Savalan İranda tutulan azərbaycanlılardan yalnız biridir, ondan əvvəl və sonra də bir çoxları həbsə alınıb. Bu barədə BBC Azərbaycancaya İrandan 7 ay öncə qaçmış, hazırda Türkiyədə yaşayan Ramin Cabbarlı məlumat verib. “Mən İranda yazar-jurnalist olaraq çalışırdım, evlərdə və dərnəklərdə dil dərsləri keçirdim. Dil dərslərinə daha çox insanların meylini görənlər İranın Azərbaycan türklərinə və fars olmayan millətlərə qarşı siyasəti nəticəsində həmin fəaliyətə qarşı çıxırdılar. Dərgilər də azərbaycan türkcəsində çap olunduğu üçün həssasiyyatı artırırdı”. O, İranda “iqrçiliyin hakim olduğunu” iddia edib. Ancaq İranda yalnız azərbaycanlıların deyil, ümumiyyətlə insan haqlarının pozulmasına dair beynəlxalq təşkilatların bir çox hesabatları mövcuddur. İranda dərc olunan və nəşri dayandırılan azərbaycandilli Laçın ədəbiyyat dərgisinin redaktoru olmuş Ramin Cabbarlı isə deyir ki, milliyyətcə fars olmayan millətlərin insan haqları problemləri “ikiqat ağırdır”. “Bəli, İranda vətəndaş hüquqları pozulur, amma millətlərə gəldikdə, bununla yanaşı onların milli haqları da tapdalanır. Bir fars üçün dil və kültür yasaqlığı ortada yoxdur. Onun dili, musiqisi üçün qurumlar var. Başqa millətlərin isə mədəni baxımdan inkişafı üçün heç bir imkanlar yoxdur”. İran qanunvericiliyində ölkədə yaşayan millətlərin dil hüquqları təsbit olunur. Bəzi universitetlərdə azərbaycan dili fənn olaraq mövcud olsa da, Ramin Cabbarlı deyir ki, orta məktəblərdə bu dil tədris olunmur. 2006-cı ildə İran boyunca azərbaycanlıların etirazları başlayandan sonra Azərbaycan dilində qəzet və jurnallar, eləcə də dərgilər bağlandı, Azərbaycan dili müəllimlərinin fəaliyyəti məhdudlaşdırıldı, bunu Ramin Cabbarlı deyir. Onun sözlərinə görə, Azərbaycan dilli dərnəklərdə iştirak edənlər və evlərdə dil və ədəbiyyat dərsləri keçənlərə təzyiqlər edilir və onlar həbsə alınır. O, İranda ona təzyiqlər edildiyini və sonradan həbsə alındığını deyib. Aqibətinin digərləri kimi olmasını istəməyən Ramin qonşu ölkəyə üz tutub. Cabbarlı İranda azərbaycanlıların əsasən öz ana dillərində dərs dedikləri, Azərbaycan mədəniyyətilə bağlı proqramlar hazırladıqları - "məsələn, Azərbaycan dilində yazılmış kitabların müxtəlif şəhərlərdə sərgilərinin keçirilməsi" - azərbaycanlılara qarşı "ayrı seçkiliyə" və "iqtisadi baxımdan Azərbaycan bölgələrinin geridə saxlanılmasına" etiraz etdikləri üçün həbs olunduqlarını iddia edib. Səid Mətinpur... Səid Mətinpur İran azərbaycanlıları arasında tanınmış jurnalistdir. 2006-cı il üsyanları zamanı Zəncanda çıxış edənlərdən və 21 fevral "ana dili günü"nün qeyd olunmasına çalışanlardan biridir. “Onun fəaliyyətini durdurmaq üçün İran hakimiyyəti əcnəbilərlə əlaqə məsələsini ortaya çıxarıb” - Ramin Cabbarlı deyir. Onun iddiasına görə, İran hakimiyyətinə qarşı düşüncələri olanların “xaricilərlə əlaqəsi” ittihamları hər zaman irəli sürülür. “Səid bəyin Türkiyəyə gedib-qayıtmasını əcnəbilərlə əlaqə kimi gördülər”. Səid Mətinpur 2008-ci ildə həbs olunaraq Evin həbxsanasına köçürülüb və həmin il ona 8 illik həbs cəzası kəsilib. Səid Mətinpurun işi beynəlxalq diqqətə səbəb olub. Bu il fevralın əvvəlində Kanada Senat Palatasında Senator Dennis Glenn onu müdafiə edən bəyanat oxuyub. O, Mətinpurun “yeganə cinayətinin” ifadə azadlığının və milli azlıqların hüquqlarının dinc yolla müdafiəsinə qalxması olduğunu deyib. “O, İranın türk uşaqlarının məktəblərdə öz ana dilində oxumasını istədiyi, onların öz dilində yazmaq və danışmaq imkanın olmasını tələb etdiyi üçün İranın İnqilab Məhkəməsini qıcıqlandırıb” – senator deyib. Dennis Qlenn Mətinpurun həbsxana hakimiyyəti tərəfindən işgəncəyə məruz qaldğını və ürək iflici keçirdiyini, ağciyər infeksiyasına tutulduğunu qeyd edib və onun dərhal azad olumasını tələb edib. ...və digərləri İran azərbaycanlılarının yaydığı məlumatlara görə, 2012-ci ilin yanvar ayında digər azərbaycanlı fəallar - Əfşin Şəhbazi, Ruzbeh Səadəti, Məhəmməd Əhədi də tutulub. Əfşin Şahbazi Təbriz Universitetinin tələbəsidir. O, türk dili müəllimi kimi tələbələr tərəfindən yaradılmış kurslarda dərs deyib. Yanvarın 23-də Təbrizdə tutulub. Təbriz Universitetinin daha bir tələbəsi, türk dili tədrisçisi Ruzbeh Səadəti yanvarın 24-də Miyana şəhərində tutulub. Təbriz Universitetinin məzunu, azərbaycanlı fəal kimi təqdim olunan Məhəmməd Əhədi də yanvarın 24-də Miyanada tutulub. Azərbaycan Tanıtım Ocağının keçmiş katibi Mehrdad Kərəmi 2011-ci il dekabrın 24-də Təbriz şəhərində tutulub. Bir neçə fəalın isə hazırda axtarışda olduğu və gizləndiyi bildirilir. Geri dön |