Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > QHT- lər cəbhədəki üstünlüyümüzlə bağlı bəyanat yaydı
QHT- lər cəbhədəki üstünlüyümüzlə bağlı bəyanat yaydı |
“Qadınlı- kişili hər kəs bu əmrin arxasıyca İrəvana qədər gedəcək”
“ Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, “ SAF Həyat Naminə” Gənclər İctimai Birliyi və “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi sön günlər cəbhədə yaranan gərginliklə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: Bildiyiniz kimi, Azərbaycan höküməti tərəfindən Ermənistana dəfələrlə atəşkəsi pozmamaq barədə xəbərdarlıq edilsə də, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq tez- tez mövqelərimizi atəşə tuturdular. Atəşkəsin Ermənistan tərəfindən tez- tez pozulması cəbhə bölgəsində yaşayan dinc sakinlərin gündəlik həyatına ciddi mane yaradır və onlara maddi, mənəvi və fiziki olaraq zərər vururdu. Sonuncu dəfə Ermənistan tərəfinin cari ilin aprel ayının 2- də saat 04: 00 radələrində Azərbaycana aid mövqeləri iri çaplı silahlardan, qumbara atan və toplardan atəşə tutması hərbiçilərimizlə yanaşı dinc əhalinin də qətlinə səbəb oldu. Buna cavab olaraq Milli Ordumuz düşmənə layiqli cavab verərək, düşmənin 200 nəfərə yaxın hərbi qulluqçusunu məhv etdi. Məlumata əsasən, düşmənin canlı qüvvə ilə yanaşı 10- dan yuxarı tankı və 20- dək artileriya qurğuları məhv edilib və düşmən geri çəkilməyə məcbur olub. Nəticədə, düşmən tərəfi çaşqınlıq içində tutduğu mövqeləri tərk edərək qaçmağa başlayıb. Milli Ordumuz da yaranmış fürsətdən istifadə edərək bir neçə kilometr irəliləyərək düşmən nəzarətində olan bir neçə yüksəklikləri azad etməyə müvəffəq olub ki, bu da cəbhə bölgəsində yaşayan sakinlərin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Düşmən isə döyüş meydanında ölü və yaralılarını qoyaraq geri çəkilib. Hazırda əsgərlərimiz qarşı tərəfi susdurub və mövqelərində möhkəm dayanıblar. Ermənistan dövləti tərəfindən Qarabağa yerləşdirilən əhalinin isə çaşqınlıq içərisində İrəvan istiqamətinə doğru böyük köçü başlayıb. Bundan təşvişə düşən Ermənistan Azərbaycan tərəfinin daha da irəliləməsindən qorxaraq hərbi əməliyyatları dayandırmaq istəyib. Bütün bunlar Azərbaycan dövlətinin iqdisadi, hərbi və siyasi gücünün göstəricisidir. Azərbaycan xalqı öz dövlətinin və onun prezidentinin arxasında möhkəm dayanıb və ölkəmizdə iqdidarlı- müxalifətli hər kəsin Qarabağ haqda bir düşüncəsi, bir məqsədi var. Ali Baş Komandan döyüş əmri verərsə qadınlı- kişili hər kəs bu əmrin arxasıyca İrəvana qədər gedəcək. Dünən ölkə rəhbərinin Təhlükəsizlik Şurasının iclasını keçirdiyi məqamda sosial şəbəkələrdə cənab prezidentə dəstək məqsədilə hər kəsin qoyduğu ortaq mövqe bunun bariz sübutudur. Bütün qələbələr itkisiz olmur. Bu döyüşlərdə də Azərbaycan tərəfi 12 şəhid verdi. Allahdan o şəhidlərimizə rəhmət diləyir, qəbrləri nurla dolsun deyirik. Bu xalq sizin qanınızı heç vaxt yerdə qoymayacaq! Geri dön |