Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verdi

Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verdi


Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız hesablaşmaların inkişafı, ödəniş kartları infrastrukturunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bankdan verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən növbəti tədbir ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini təmin edən Banklararası Kart Mərkəzinin (BKM) istismara verilməsidir.

Beynəlxalq təcrübədə mövcud olan son nailiyyətlərin tətbiqi ilə Mərkəzi Bank tərəfindən yaradılan BKM cari ilin 1 aprel tarixindən etibarən tam istismara verilmişdir.

BKM ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturları arasında interfeysi təmin edir və bununla da rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir.

BKM-nin yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun olaraq çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Geri dön