Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
Tehran zindanında aclıq edən azərbaycanlı musiqiçilərin səhhəti ağırlaşıb
ETTELAAT Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan İsmayıl Bərzigəri və Rəsul Heydərzadəni 2011-ci ilin iyununda tutub. Azərbaycan milli kimliyi uğrunda dinc fəaliyyətinə görə 8 aydır Tehranın Evin zindanında saxlanan, iki həftədir aclıq aksiyası keçirən azərbaycanlı musiqiçilər İsmayıl Bərzigər və Rəsul Heydərzadənin səhhətinin ağır olduğu haqda məlumat yayılıb. ETTELAAT əməkdaşları Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olan müğənni, muğam ifaçısı İsmayıl Bərzigəri və klarnet ifaçısı Rəsul Heydərzadəni 2011-ci ilin iyununda tutublar. Tehran məhkəməsi hər iki azərbaycanlını casusluqda günahlandıraraq onların hər birini 7 illik həbsə məhkum edib. Hər iki fəal mühakimə olunarkən vəkildən məhrum edilib və məhkəmə iclası cəmi 5 dəqiqə çəkib. Evin zindanının 350-ci korpusunda saxlanan azərbaycanlı musiqiçilər saxlandıqları şəraitin ağırlığına və məhkəmənin ədalətsiz qərarına etiraz olaraq 2012-ci il fevralın 2-dən aclığa başlayıblar. Aclıq nəticəsində dəfələrlə qan təzyiqi düşdüyünə görə zindan klinikasına aparılan fəallar bütün təzyiqlərə baxmayaraq aksiyanı dayandırmırlar. Həbs müddətində müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qalan azərbaycanlı məhbusların müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi də bildirilir. MEŞKİN ŞƏHƏRİNDƏ AZƏRBAYCAN MİLLİ FƏALLARININ ÜÇÜNCÜ MƏHKƏMƏ İCLASI KEÇİRİLDİ Milli fəallar, İlqar Müəzzinzadə, İbrahım Ətazadə, Cəfər Ağaməhəmmədi, Fərdin Nobəxt, Aydın Zakiri və Mənsur Seyfinin məhkəmə iclası, əsas ittihamlandırılan insanlardan biri İbrahım Savalanın(Rəşidi) Təbriz İttilaatında saxanıldığı üçün olmadığı bir şəraitdə bu gün 15 Fevral tarixində saat 11:10 də keçirildi. Bu məhkəmə iclası 55 dəqiqə gecikdikdən sonra başladı və hakimin təhqirli və qəzəbli danışıqları ilə keçirildi. Milli fəallar İttilaat idarəsinin onlara qarşı irəli sürdüyü ittihamları rədd etmişlər. Məhkəmənin növbəti iclası da keçiriləcəkdir. İranda mühakimə olunan Güney azərbaycanlı jurnalistin məhkəməsində özü və vəkilinin iştirakı təmin edilməyib İranda həbsdə olan azərbaycanlı jurnalistin 2012-ci fevralın 15-də məhkəməsi keçirilib. İbrahim Rəşidinin (Savalan) işinə Meşkinşəhr (Xiyav) İnqilab Məhkəməsində baxılıb. Azərbaycanlı jurnalist və onun vəkilinin iştirak etmədiyi prosesdə hələlik qərar qəbul edilməyib. Lakin hüquq müdafiəçiləri bildirib ki, bu cür qiyabi keçirilən məhkəmədə də hökm çıxarıla bilər. Qeyd edək ki, İbrahim Savalan 2012-ci il yanvarın 22-də Təbrizdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Azərbaycanlı jurnalistin istintaq zamanı işgəncələrə məruz qaldığı və indiyədək ailəsi ilə əlaqə saxlamağa icazə verilmədiyi bildirilib. İbrahim Rəşidi Təbrizdə Azərbaycan dili müəllimi, “Şəhriyar” ədəbi dərnəyinin qurucusu, “Ulduz” və “Bulud” dərgilərinin məsulu kimi də tanınır. İran dövləti Quzey Azərbaycanda təhsil alanlar üçün dövlət qiymətinə dollar satmaqdan imtina edir Aldığımız bilgilərə görə İran dövləri xaricdə təhsil alanlar üçün dövlət qiymətinə dollar satsa da Quzey Azərbaycanda təhsil alanlar üçün dövlət qiymətinə dollar satmaqdan imtina edir. Dövlət qiymətinə dolların satışı universitetdən alınan təsdiq məktubu və İranın o ölkədə olan səfirliyinin təsdiq etməsi ilə mümkündür. Hər təhsil ayında 1000 dollar və toplam hər təhsil dönəmi üçün 5000 dollar verilir. Quzey Azərbaycandakı öyrəncilər universitetdən oraya öyrənci olduqları haqqında məktub aldıqdan sonra səfirliyə getdiklərində səfirlik işçilərinin münasib olmayan davranışları ilə üz- üzə olurlar və bu imkandan məhrum edilirlər. Səfirlik işçiləri, öyrəncilərə cavabda “biz, sizə Bakıya gəlin deməmişdik”, vəya “ sizə Bakı universitetlərinə gəlməyiniz haqqında kimsə dəvətnamə göndərməyib” kimi cümlələrdən istifadə etmişlər. İran, Bakıda təhsil alanlara məhdudiyyət yaratmaqla orada təhsil alanları ən az sayıya çatdırmaq istəyir. Son aylarda İranda valyuta qiymətinin sabitsizliyi və rialın dəyər itirməsi, bazardan dollar alan öyrəncilər üçün xərcləri olduqca artırmışdır. Tailand hökuməti 14 fevral (February) terroru ilə bağlı yeni məlumat açıqlayıb Fevralın 14-də Bankonqda İran vətəndaşı Səid Muradinin törətdiyi partlayışda 4 nəfər yaralanıb. Səid Muradi özü iki ayağını itirib. Tailand polis rəsmiləri jurnalistlərə bildiriblər ki, ölkəni tərk edərkən hava limanında (frudqah) tutulan digər İran vətəndaşının adı Məhəmməd Xəzai, Malayziyaya qaçan İran vətəndaşının adı isə Məsud Sədaqətzadədir. Tailandın təhlükəsizlik rəsmisi isə tutulanların peşəkar killer (qatil) olduğunu bəyan edib: “Bu üç iranlı adam öldürməklə məşğul olan killer dəstənin üzvləridir. İranlılar ölkədə israilli diplomatları terrora hazırlaşırdılar. Onlar İsrail diplomatlarının avtomobillərinə bomba qoymağı planlaşdırmışdılar”. Tailandın xarici işlər naziri isə jurnalistlərə açıqlamasında tutulan iranlıların mənzilindən partlayıcı maddələr və bomba istehsalında istifadə olunan qurğular tapdıqlarını bildirib. Nazir iranlıların ölkə polisini və mülki vətəndaşları öldürməyə cəhddə, qanunsuz partlayıcı maddə saxlamaqda və İsrail diplomatlarını terrorda günahlandırıldığını bəyan edib. “İran Suriyaya lazımi dəstəyi verir” Bunu İranın Fransadakı səfiri Əli Ahani deyib O bildirib ki, bu ölkədəki problemlərin həll edilməsi üçün hər cür yardım göstərmək vacibdir. Avropa Birliyinin İrana qarşı sanksiyalarına (təhrim) da toxunan Əli Ahani bunun daha çox Avropa şirkətlərinə mənfi təsir göstərdiyini söyləyib: “Çünki İran kimi çox böyük və geniş bir bazarı itirməkdədirlər. İran Avropa məhsullarının Asiyaya daşınacağı strateji bir körpüdür”. Səfir İranın İsrailin hər hansı hücumundan narahatlıq keçirmədiyini də vurğulayıb: “Ölkəmizə hər hansı hərbi müdaxilə İsrail və bölgə üçün dəhşətli nəticələrə gətirib çıxaracaq. Onlar döyüşü yalnız başlada bilərlər, ancaq tamamlaya bilməyəcəklər və baş verənlərin bütün məsuliyyəti də İsrailin üzərinə düşəcək. Ümumiyyətlə, İran hər cür ssenariyə hazırdır”. İşğalçı ölkənin xarici işlər nazirinin müavini İranda gorüşlər keçirir İranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan ötən gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Bu barədə İranın xarici işlər nazirliyinin rəsmi saytı məlumat verir. Məlumata əsasən, görüşdə beynəlxalq və regional məsələlər, həmçinin ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Köçəryan bu gün həmçinin İranın XİN (xarici işlər naziri) başçısının müavini Abbas Əraqçi ilə də görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişafı və iki ölkə arasında imzalanmış razılaşmaların icrasının zəruriliyindən danışılıb. Məlumata əsasən, bu gün Tehran Universitetində İran-Ermənistan arasında münasibətlərin 20-ci ildönümü münasibətilə tədbir keçiriləcək. BBC:İRAN’DA EVLƏRDƏ AZƏRBAYCAN DİLİ DƏRSİ DEYƏNLƏRİ TUTURLAR BBC Azərbaycan xidmətinin yaydığı xəbərə görə “İranda Azərbaycan dilli dərnəklərdə iştirak edənlər və evlərə gedib azərbaycan dilində dərs deyənlər həbs olunur” – bunu bəzi İran azərbaycanlıları iddia edir. Yanvar ayında İranda bir neçə azərbaycanlı fəalın həbs olunmasına dair məlumatlar yayılıb. Onlardan birinin keçmiş tələbəsinin evində onunla birlikdə həbs olunduğu iddia edilir. Bu arada isə Evin həbsxanasında saxlanılan məhbus Səid Mətipurun işi beynəlxalq diqqət cəlb edib və kanadalı senator İran hakimiyyətindən onun azad edilməsini tələb edib. Təbriz şəhərində tutulmuş azərbaycanlı, 32 yaşlı İbrahim Savalan təxminən 5 gün öncə İran Kəşfiyyat Nazirliyinin Təbriz bölməsindən ailəsinə zəng vurub və hələlik orada saxlandığını xəbər verib, amma nə vaxtadək orada qalacağını bildirməyib. Bu barədə BBC Azərbaycancaya onun qardaşı olduğunu və Ərdəbil şəhərində yaşadığını deyən Cəlal Rəşidi telefonla xəbər verib. O deyib ki, İbrahim bəy tutulduğu ilk 15 gün ərzində aclıq aksiyası keçirib, ancaq ailəsinin və dostlarının təkidilə aksiyanı durdurub. Qardaşının dediyinə görə, tutulmazdan öncə son aylarda İbrahim Savalan evlərdə dil, ədəbiyyat və sosiologiya dərsləri keçirdi. “Tam mədəni hərəkətinə görə onu tutublar”. İbrahim Savalana qarşı hələlik ittiham oxunmayıb. “Onun hansı əsasla tutulduğu aydın deyil” – Cəlal Rəşidi deyib. İxtisasca mühəndis olan İbrahım Savalan (Rəşidi), Azərbaycan dili və sosiologiya üzrə müəllimdir, Şəhriyar ədəbiyyat dərnəyinin qurucularındandır. Onun yazıları İranın Azərbaycan əyalətində dərc olunan Bayram , Laçın və bir çox digər dərgilərdə çap edilib. Təzyiqlər İbrahim Savalan İranda tutulan azərbaycanlılardan yalnız biridir, ondan əvvəl və sonra də bir çoxları həbsə alınıb. Bu barədə BBC Azərbaycancaya İrandan 7 ay öncə qaçmış, hazırda Türkiyədə yaşayan Ramin Cabbarlı məlumat verib. “Mən İranda yazar-jurnalist olaraq çalışırdım, evlərdə və dərnəklərdə dil dərsləri keçirdim. Dil dərslərinə daha çox insanların meylini görənlər İranın Azərbaycan türklərinə və fars olmayan millətlərə qarşı siyasəti nəticəsində həmin fəaliyətə qarşı çıxırdılar. Dərgilər də azərbaycan türkcəsində çap olunduğu üçün həssasiyyatı artırırdı”. O, İranda “iqrçiliyin hakim olduğunu” iddia edib. Ancaq İranda yalnız azərbaycanlıların deyil, ümumiyyətlə insan haqlarının pozulmasına dair beynəlxalq təşkilatların bir çox hesabatları mövcuddur. İranda dərc olunan və nəşri dayandırılan azərbaycandilli Laçın ədəbiyyat dərgisinin redaktoru olmuş Ramin Cabbarlı isə deyir ki, milliyyətcə fars olmayan millətlərin insan haqları problemləri “ikiqat ağırdır”. “Bəli, İranda vətəndaş hüquqları pozulur, amma millətlərə gəldikdə, bununla yanaşı onların milli haqları da tapdalanır. Bir fars üçün dil və kültür yasaqlığı ortada yoxdur. Onun dili, musiqisi üçün qurumlar var. Başqa millətlərin isə mədəni baxımdan inkişafı üçün heç bir imkanlar yoxdur”. İran qanunvericiliyində ölkədə yaşayan millətlərin dil hüquqları təsbit olunur. Bəzi universitetlərdə azərbaycan dili fənn olaraq mövcud olsa da, Ramin Cabbarlı deyir ki, orta məktəblərdə bu dil tədris olunmur. 2006-cı ildə İran boyunca azərbaycanlıların etirazları başlayandan sonra Azərbaycan dilində qəzet və jurnallar, eləcə də dərgilər bağlandı, Azərbaycan dili müəllimlərinin fəaliyyəti məhdudlaşdırıldı, bunu Ramin Cabbarlı deyir. Onun sözlərinə görə, Azərbaycan dilli dərnəklərdə iştirak edənlər və evlərdə dil və ədəbiyyat dərsləri keçənlərə təzyiqlər edilir və onlar həbsə alınır. O, İranda ona təzyiqlər edildiyini və sonradan həbsə alındığını deyib. Aqibətinin digərləri kimi olmasını istəməyən Ramin qonşu ölkəyə üz tutub. Cabbarlı İranda azərbaycanlıların əsasən öz ana dillərində dərs dedikləri, Azərbaycan mədəniyyətilə bağlı proqramlar hazırladıqları - "məsələn, Azərbaycan dilində yazılmış kitabların müxtəlif şəhərlərdə sərgilərinin keçirilməsi" - azərbaycanlılara qarşı "ayrı seçkiliyə" və "iqtisadi baxımdan Azərbaycan bölgələrinin geridə saxlanılmasına" etiraz etdikləri üçün həbs olunduqlarını iddia edib. Səid Mətinpur... Səid Mətinpur İran azərbaycanlıları arasında tanınmış jurnalistdir. 2006-cı il üsyanları zamanı Zəncanda çıxış edənlərdən və 21 fevral "ana dili günü"nün qeyd olunmasına çalışanlardan biridir. “Onun fəaliyyətini durdurmaq üçün İran hakimiyyəti əcnəbilərlə əlaqə məsələsini ortaya çıxarıb” - Ramin Cabbarlı deyir. Onun iddiasına görə, İran hakimiyyətinə qarşı düşüncələri olanların “xaricilərlə əlaqəsi” ittihamları hər zaman irəli sürülür. “Səid bəyin Türkiyəyə gedib-qayıtmasını əcnəbilərlə əlaqə kimi gördülər”. Səid Mətinpur 2008-ci ildə həbs olunaraq Evin həbxsanasına köçürülüb və həmin il ona 8 illik həbs cəzası kəsilib. Səid Mətinpurun işi beynəlxalq diqqətə səbəb olub. Bu il fevralın əvvəlində Kanada Senat Palatasında Senator Dennis Glenn onu müdafiə edən bəyanat oxuyub. O, Mətinpurun “yeganə cinayətinin” ifadə azadlığının və milli azlıqların hüquqlarının dinc yolla müdafiəsinə qalxması olduğunu deyib. “O, İranın türk uşaqlarının məktəblərdə öz ana dilində oxumasını istədiyi, onların öz dilində yazmaq və danışmaq imkanın olmasını tələb etdiyi üçün İranın İnqilab Məhkəməsini qıcıqlandırıb” – senator deyib. Dennis Qlenn Mətinpurun həbsxana hakimiyyəti tərəfindən işgəncəyə məruz qaldğını və ürək iflici keçirdiyini, ağciyər infeksiyasına tutulduğunu qeyd edib və onun dərhal azad olumasını tələb edib. İran azərbaycanlılarının yaydığı məlumatlara görə, 2012-ci ilin yanvar ayında digər azərbaycanlı fəallar - Əfşin Şəhbazi, Ruzbeh Səadəti, Məhəmməd Əhədi də tutulub. Əfşin Şahbazi Təbriz Universitetinin tələbəsidir. O, türk dili müəllimi kimi tələbələr tərəfindən yaradılmış kurslarda dərs deyib. Yanvarın 23-də Təbrizdə tutulub. Təbriz Universitetinin daha bir tələbəsi, türk dili tədrisçisi Ruzbeh Səadəti yanvarın 24-də Miyana şəhərində tutulub. Təbriz Universitetinin məzunu, azərbaycanlı fəal kimi təqdim olunan Məhəmməd Əhədi də yanvarın 24-də Miyanada tutulub. Azərbaycan Tanıtım Ocağının keçmiş katibi Mehrdad Kərəmi 2011-ci il dekabrın 24-də Təbriz şəhərində tutulub. Bir neçə fəalın isə hazırda axtarışda olduğu və gizləndiyi bildirilir. Geri dön |