Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Ermənistanla bağlı Ombudsmanın beynəlxalq təşkilatlara müraciət etməsini təklif etdi (audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Ermənistanla bağlı Ombudsmanın beynəlxalq təşkilatlara müraciət etməsini təklif etdi (audio)

Fərəc Quliyev Ermənistanla bağlı Ombudsmanın beynəlxalq təşkilatlara müraciət etməsini təklif etdi (audio)


Milli Məclisin 5 aprel 2016-cı il tarixində keçirilən iclasında gündəlikdə olan "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsi" ilə bağlı aparılan müzakirədə millət vəkili Fərəc Quliyev Ombudsmanın beynəlxalq təşkilatlara Ermənistanla əlaqədar müraciət etməsi ilə bağlı olduqca maraqlı təklif ilə çıxış edib. Həmin çıxışın tam mətnini və audiosunu təqdim edirik:



“Mən çox qısa bir çıxış edəcəm. Bugün yaranmış vəziyyətlə bağlı ölkə tamamilə Qarabağ məsələsinə köklənib. Bütün qurumlar indi əslində əllərindən gələn və onlara aid olan səviyyədə bu məsələlərə dəstək verməli və müdaxilə eləməlidir. Düşünürəm ki, Elmira xanımın da bu məsələlərlə bağlı təbii ki, düşüncələri və müraciətləri vardır.

Ermənistanın 1989-cu il dekabrın 1-də parlament tərəfindən qəbul elətdirdiyi Dağlıq Qarabağın Ermənistana birləşlməsi haqda qərarları vardır və əslində Ermənistanın özünün yaxasını kənara çəkməsi bunnan ifşa olunan bir məsələdir. Hərçənd ki, Ermənistan rəsmilıri deyirdilər ki, Dağlıq Qarabağda və ətrafında baş verən döyüşlərdə Ermənistanın iştirakı və əli yoxdur. Lakin, son döyüşlərdə də göstərildi ki, ermənilərin öldürülmüş əsgərləri Yerevana aparılır və onların Ermənistan ordusunun əsgərləri olduğunu bu dövlətin Müdafiə Nazirliyi etiraf edirdi. Amma hər halda 1989-cu ildə olan qərarın qüvvədən salınmasını tələb edən bir sənədin Ombudsman tərəfindən beynəlxalq təşkilatlara göndərilməsi məncə bu məsələlərdə çox əhəmiyyətli olar. Çünki bu ən azında Ermənistan tərəfin davranışı üçün elə bir vəziyyət yaradacaq ki, ya o sənədi gərək qüvvədən sala, əks halda isə salmamaqla beynəlxalq qınağın qarşısında qalacaq. Bu sənəd həm də orda hazırda yaşayan erməni əsilli azərbaycanlıların və oradan zorla qovulmuş çoxsaylı Azərbaycan türklərinin iradəsinə uyğun olmayan bir sənəd olub. Hesab edirə ki, bu Ermənistanın da ifşa olunması üçün əhəmiyyətli olar.

İkinci məsələ, hər gün cəbhə bölgəsində hadisələr baş verir, döyüşlər gedir. Mən günlük olaraq Ombudsman İnstitunun hər gün beynəlxalq təsisatlara baş verən hadisə ilə bağlı, dinc sakinlərin evlərinin vurulması, öldürülməsi və başqa faktlarla bağlı sənədlərin göndərilməsini də əhəmiyyətli sayıram. Çünki Müdafiə Nazirliyinin və başqa qurumların mətbuat xidmətinin və yaxud da müvafiq strukturların verdiyi o arayışlar ilə, Ombudsman İnstitunun verdiyi arayışlar arasında beynəlxalq təsisatlarda yanaşma fərqli ola bilər.

Üçüncü məslə, televiziyalarda Ombudsman saatının ayrılması məncə doğru olar. Ən azından həftədə bir-iki dəfə bu saatın olması və burda həm hüquqi cəhətdən maarifləndirmə işinin görülməsi əhəmiyyətli olar, həm də indiki dövrdə məhz Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı izahatın verilməsi, həm də əcnəbi dillərdə xaricilərin nəzərinə çatdırmaq üçün müəyyən faktların, sənədlərin, müəyyən verilişlərin verilməsi əhəmiyyətli olar. Mən başqa daxili məsələrlə bağlı olaraq təkliflərim də vardır, amma ölkənin bugün kökləndiyi əhval ruhiyyə və Ermənistanla olan fəal müharibə fazasında digər məsələlərə toxunmaq istəmirəm. Hesab edirəm ki, bir çox məsələlərə Ombudsman İnstitutu toxunubdu.

Kredit borcu olanların məsələsi ilə bağlı münasib bir təkliflər paketi hazırlanması da məqsədə uyğun olardı.

Təşəkkür edirəm.”


Geri dön