Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şagirdlərin dərs buraxmasına görə valideynlərin cərimələnməsi ləğv edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Bildiriş > Şagirdlərin dərs buraxmasına görə valideynlərin cərimələnməsi ləğv edilir

Şagirdlərin dərs buraxmasına görə valideynlərin cərimələnməsi ləğv edilir


Azərbaycanda şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimə ləğv edilir.

Milli Məclisdən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi ləğv edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsi Milli Məclisin aprelin 15-də keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.

İnzibati Xətalar Məcəlləsinə şagirdlərin dərs buraxması ilə bağlı dəyişiklik Milli Məclis tərəfindən dekabrın 4-də qəbul edilib. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə 5 dekabr 2015-ci il tarixli fərmanı əsasında valideynləri cərimələyəcək orqanlar müəyyənləşdirilmişdi. Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxmalı idi.

Geri dön