Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Bakının təmsilçiləri Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmayacağını bəyan ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rəsmi Bakının təmsilçiləri Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmayacağını bəyan ediblər

Rəsmi Bakının təmsilçiləri Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmayacağını bəyan ediblər


Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin “Haberturk.com” saytına açıqlamasında deyib ki, qondarma “erməni soyqırımı” haqqında qanunla əlaqədar Azərbaycan Fransaya Türkiyədən də çox etiraz edib: “Mənə bu məsələdə Türkiyəni dəstəkləyən ikinci bir dövlət göstərin. Amma Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması praktik olaraq mümkün deyil. Biz istəsək də, bu mümkün deyil, çünki konsensus lazımdır. Türkiyə bizə deyir ki, Fransa mənim düşmənimdir, siz də əlaqələrinizi kəsin. Bir düşünün ki, Azərbaycan Fransaya müharibə elan etmiş olsa, Türkiyə kimin yanında yer alacaq? Çox təəssüflər ki, bəllidir. Çünki məlum anlaşmalar var, NATO var”.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə “Haberturk.com”a deyib ki, Fransa ilə yaşanan son gərginliyə görə Azərbaycan bütün Fransa xalqı ilə əlaqələri poza bilməz: “Onsuz da qanuna səs verən 127 senator pulla satın alınıblar. Onların Fransa xalqının iradəsini təmsil etməsi mümkün deyil”.

“Haberturk.com”a danışan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən böyük problemidir. Onun fikrincə, münaqişənin həlli prosesində Minsk qrupunun böyük önəmi var: “Fransanın qəbul etdiyi qanunla Minsk qrupunun əlaqələndirilməsi bu prosesə müsbət təsir göstərə bilməz və daha böyük problemlərin yaranmasına səbəb olar. Biz Minsk qrupunun missiyasından istifadə edib münaqişənin həllinə çalışırıq. Minsk qrupunun fəaliyyəti indiyədək bir nəticə vermədi. Amma qrupun imkanları hələ tükənməyib”.

Geri dön