Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Neftçalalı əməkdar müəllim,professor dünyasını dəyişdi
Neftçalalı əməkdar müəllim,professor dünyasını dəyişdi |
Neftçalalı əməkdar müəllim İmamverdi Əbilov 89 yaşında dünyasını dəyişdi.
İmamverdi müəllim adi müəllim deyildi.Filologiya elmləri doktoru,professor idi.Sözü bütöv, əməli saleh kənd ziyalılarından biri idi.Kənd rayonunda yaşaya-yaşaya elmi işlə ardıcıl məşğul olmaq,professor mənsəbinə çatmaq hər oğulun işi olmasa da,İmamverl müəllim bu işi bacardı.Neçə-neçə kitabın, yüzlərlə elmi,eimi-metodiki məqalələrin müəllifi oldu. Azərbaycanda Yazıçılar İttifaqı ilə yaxından əməkdaşlıq edən,bir çox söz ustaları ilə səmimi dostluq və qardaşlıq ünsiyyəıti olan ən birinci, ən fəal müəllim İmamverdi müəllim idi.Onun qonaqlı-qaralı evinin qapısı bütün Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin,elin-obanın söz bilən,söz eşidən,sözü incələməyi bacaran bütün nüktədan adamların üzünə açıq idi. Həmişə İmamverdi müəllimdən söz düşəndə Bakıdakı 190 nömrəli məktəbdə müəllim işləmiş Zərbəli Səmədov yadıma düşür,tovuzlu kimya müəllimi Məhər Quliyev, Xaldan kənd məktəbinin direktoru Zahid Şöyübov haqqında yazılanları xatırlayırdım.Onların heç biri ilə ünsiyyətim olmasa da, gənc müəllimlərə onları nümunə göstərirdim.İş elə gətirdi ki, 2000-ci il martın 18-də ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 302 nömrəli Fərmanla hər ikimizin müəllimliyinə dövlət qiyməti verildi; pedaqoji fəaliyətimizə görə Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görüldük. Qeyd etmək istəyirəm ki,onda fəxri ad Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə verilirdi. Fəxri ad alanlar indikindən çox az idi. 1977-ci ildə cəmi bir nəfərə əməkdar müəllim fəxri adı verilmişdi. Sonrakı illər ərzində-2000 ci ilədək bu ada daha 13 nəfər layiq görülmüşdür. 2000-ci il martın 18-də müəllimlərin böyük bir dəstəsinə -36 nəfərə Azərbaycan Respublikasının əməkdar müəllim fəxri adı verildi.İmamverdi müəllimin adı əlifba sırası ilə altıncıdır.O, fəxri ada 73 yaşında layiq görülmüşdür. O vaxtlar Təhsil Nazirliyində rəhbər vəzifədə işləyən bir dostumuzun sözlərinə görə, İmamverdi müəllimin yaddan çıxan adının təqdimat siyahısına düşməsi cəmi bir günün içərisində həll olunmuşdur. Layiq görüldüyü fəxri ad münasibətlə dostumuzun səbəbkara zəng vurması,onu təbrik etməsi, xəttin o biri tərəfindən qocaman müəllimin consuz təşəkkürünü bildirən səsi hələ də yadımdadır. Mən televiziya ekranlarında İmamverdi müəllimin şəxsi kitabxanasını görmüşəm. Burada müxtəlif dillərdə yazılmış minlərlə kitab var.Onların müəyyən hissəsi avtoqraflıdır; alim dostumuza hədiyyə verilmiş bədii əsər və monoqrafiyalardır.Burada hər bir kitab bir tarixdir. Mənə elə gəlir ki,Neftçalada İ.Əbilovun ev-muzeyini yaratmaq çox gərəkli görünür. Söz yox ki,Muzeyin ən maraql eksponatları professorun əsərlərinin nəşr olunmuş 15 cildliyi olacaqdır. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Bakı,10.04.2016. Geri dön |