Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Ramiz Rzayev: “Ötən il Ali Məhkəmədə baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı azalıb”
Ramiz Rzayev: “Ötən il Ali Məhkəmədə baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı azalıb” |
Ali Məhkəmənin Plenumunun iclası keçirilib. Plenumda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edib. Azərbaycan vətəndaşların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etdiklərini deyən R. Rzayev bildirib ki, bu gün məhkəmə və hüquq – mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlib: “2011-ci ildə Ali Məhkəmədə baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı da azalıb. Bu isə aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir”.
R. Rzayev onu da deyib ki, 2011-ci il ərzində Ali Məhkəmənin Plenumunun 6 iclası keçirilib, 31 qərar qəbul edilib. Daha sonra plenumda Ali Məhkəmənin mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarının sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair çıxışları dinlənilib. Plenumda məhkəmənin 2012-ci ilin birinci yarısına dair iş planı təsdiq edilib, konkret işlərə baxılıb. İclasda müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul edilib. Geri dön |