Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > HAQQLI OLMAQ İSTƏYİRSƏN, GÜCLÜ OL
HAQQLI OLMAQ İSTƏYİRSƏN, GÜCLÜ OL |
Haqlı olmaq istəyirsən, güclü ol, Budur, yalnız haqqa gedən yol! Bu yoldan keçir ürəklər də, Coşub-daşan diləklər də. Bu yola təslim ağıllar da, Uşaq ikən oxuduğum qorxulu nağıllar da. Gücə könül verənlər çoxdan dəf ediblər keçilməzləri, Dünya saymır seçilməzləri. Gücünü bilsələr sənə aşiq olarlar, Duysalar gücsüzsən saçını yolarlar. Evinə qırğın salarlar, Əzrayıl qisimdə canını alarlar. Haqqını sübut eləmək üçün, Çox fikir eləmək neçin? Əvvəl silahlan, Çünki bununla alınır qan! Canını düşün, Sənə fəlakət gətirəcək anını düşün. Güclü olsan sənə dəyməzlər, Bəxt yolunu əyməzlər. Allah, Allah deməklə ağlın çətinliyi aşmaz, Allah Yaradandır, o, bəndələrin işinə qarışmaz. Dünya qan və məkir içindədir, İndi Rəbb özü də fikir içindədir. Yəqin ki, öz yaratdıqlarına peşimandır, Bu da çoxdan verilmiş fərmandır. Yaşamaq istəyirsənsə qansız və davasız, güclü ol, Silahın varidatından çox olsun, Sənə gələn təpkilər yox olsun. Bax elə götür yəhudiləri, bir vaxt Hitler onları sobaya atırdı, çünki gücü var idi, aləmi bir-birinə qatırdı. Bu güc zehninə yar idi. *** İndi onlar Fələstini oda-alova atır, Şeytanın belində yatır. Çünki silahlanıblar öz güclərini dünyaya göstərmək üçün, Yandırırlar fələstinlilərin ciyərinin için. Ərəb qardaşlarım, kef dünyası çoxdan keçib, Cahan qan şərbətini içib. Neftdən banglara yığdığınız pullar dadınıza çatmaz, Nədən sizi bu tökülən qanlar qəflət yuxusundan oyatmaz? Heç olmasa Səddam Hüseyini yadınıza salın, Onun başına gələnlərdən ibrət alın. İndi gücü olmayan sayılmaz, Nədən İslam dünyası qəflət yuxusundan ayılmaz? *** Ey hakimiyyətdə oturan islam övladı, Gör başın üstündə gəzən fəryadı. Ağlını başına yığ, Tamahını sığ, Öz xalqına etdiyin mənəm- mənəmlikdən qaç, Millətinlə birlik süfrəsi aç! Bəsdir başına döydülər, Eninə, uzununa söydülər. Hərdən bir mən, vallah müsəlman olmaqdan utanıram, Özüm özümə od tutub yanıram. Fələstin, Livan, Əfqanıstan, İraq, Kosova, Uyğurlar, Qarabağ Sinəmizdə çalınçarpaz dağ! Görəsən bizim başda oturan kişilərimiz hara baxır? Qadın, uşaq, qoca qanı sel kimi axır! Əlimizi tərpədən kimi terrorçu deyirlər bizə, Haqqa gedən yolu əyirlər bizə. Alıblar ağıllılar min illər fayda. Belədir dünyada qayda, Silah olsun atın, eşşəyin, dəvən, Oğlun, uşağın, nəvən, Çoxdan silahlanıb canını, namusunu, lap elə varını sevən, Öz gücünə güvən. Gücü olmayan dövlət, Dünya tərəfdən qazanar lənət! *** Budur, qansız, qadasız yaşamaq üçün haqqına gedən yol, Haqlı olmaq istəyirsən güclü ol! Güclü ol! 11.01.2009 Şirin Xanım Kərimbəyli Şadiman Geri dön |