Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz”

Fərəc Quliyev: “Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz”


Sarkisyanın sülhməramlılarla bağlı bəyanatla çıxış etməsi bir daha təsdiq edir ki, Ermənistan işğalçı dövlətdir.

1news.az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

“Ermənistan indiyə kimi bildirirdi ki, guya onlar bu savaşda tərəf deyillər. Daha doğrusu özlərini belə göstərməyə çalışırdılar. Onlar Qarabağda “DQR”ın qoşunlarının olduğunu iddia edirdilər. Sarkisyanın indiki sülhməramlılarla bağlı bəyanatla çıxış etməsi bir daha təsdiq edir ki, Ermənistan işğalçı dövlətdir və o ərazilərdə baş verəcək hadisələrlə bağlı Ermənistanın mövqeyini nümayiş etdirmək istəyir”.

Qarabağın Azərbaycanın ərazisi olduğunu deyən F.Quliyev bildirib ki, Sarkisyanın ixtiyarı yoxdur ki, Azərbaycan ərazisi haqda nəyisə danışsın:

“Ermənistanla Azərbaycan arasında müharibə gedir. Qarabağ bizə qaytarıldıqdan sonra bu barədə düşünmək olar. Çünki o zaman əsl sərhədlər müəyyən ediləcək və Azərbaycan tərəfi iki dövlət arasında sülhməramlı qoşunlar yerləşdirilməsi barədə öz fikrini deyə bilər”.

Millət vəkili Azərbaycanın bu məsələ ilə əlaqədar tezliklə mövqe bildirəcəyini deyib:

“Ermənistanın işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz. Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bu konteksdən çıxış edərək, Azərbaycan tərəfi əlavə detallarla bu məsələyə öz mövqeyini tezliklə bildirəcək”.

1news.az

Geri dön