Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Mədəniyyət və Turizm Nazirliyi sahibkarlara müraciət edib
Mədəniyyət və Turizm Nazirliyi sahibkarlara müraciət edib |
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2-3 ulduzlu hotel tikmək istəyən sahibkarlara müraciət edib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov məlumat verib. Onun sözlərinə görə, bu gün Azərbaycanda 2, 3 ulduzlu hotellər olsa da, onların sayı istənilən səviyyədə deyil. M.Qəhrəmanov deyib ki, Azərbaycanda bazarın tənzimlənməsi, qiymətlərin aşağı düşməsinə gətirib çıxara biləcək qədər 2-3 ulduzlu hotellər yoxdur: "Buna görə də sahibkarlara da müraciət etmişik ki, kimin 2-3 ulduzlu hotellərlə bağlı layihəsi varsa, bizə müraciət etsin. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən bu layihələr dəstəklənəcək. Çünki ölkə rəhbərliyi də bu məsələdə öz dəstəyini artıq nümayiş etdirib". Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, ölkədə 2, 3 ulduzlu hotellər çox az olduğundan ölkəyə gələn aztəmninatlı qonaqlar daha çox evlərdə qalırlar: "Turistlərin çoxu ucuz başa gəlsin deyə, evlərdə qalmağa üstünlük verirlər. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir". Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə verdiyi açıqlamasında ölkəyə istər gəlmə, istərsə də daxili turizmin həcminin artması üçün 2 və 3 ulduzlu ekonom yerləşdirmə obyektlərinin sayının artırılmasına ehtiyac olduğunu deyib. Nazir müavini əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda "iki", "üç" ulduzlu yerləşdirmə obyektlərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə dünyaca məşhur brendlərin nümayəndələri ilə danışıqlar aparır. N.Səmədov deyib ki, Azərbaycanda indiyə kimi 2-3 ulduzlu hotellərin tikilməsinə holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər: "Onlara bu sahə o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya 4-5 ulduzlu hotellərlə müqayisədə daha tez geri qaytarılır. Ona görə də az ulduzlu hotellərin tikintisi sahəsində çalışmaq lazımdır". Geri dön |