Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ermənistan ordusu haqqında yaradılan süni mifi sındırdı...video
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Azərbaycan Ermənistan ordusu haqqında yaradılan süni mifi sındırdı...video

Azərbaycan Ermənistan ordusu haqqında yaradılan süni mifi sındırdı...video


"Baku Network" ekspert qrupu Azərbaycan ətrafında cərəyan edən proseslərə bağlı növbəti müzakirələrini keçirib.

Müzakirələr əsasən aprel ayının əvvəlində cəbhə xəttində baş verən hadisələrdən sonra yaranmış yeni diplomatik və siyasi vəziyyətə və digər mövzulara həsr edilib.

Müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev, "Azernews" qəzetinin baş redaktoru, siyasi ekspert, Sevil Mikaylova, Milli.az portalının baş redaktorunun müavini, politoloq Elçin Alıoğlu iştirak ediblər.

Müzakirələrdə bildirilib ki, cəbhə xəttində baş verən hadisələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirdi. Prezident İlham Əliyev sammitdə iştirak zamanı ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirdi və bu görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müvafiq addımların atılması haqqında bir sıra mühüm bəyanatlar verildi.

Qeyd olunub ki, bu bəyanatlardan sonra Ermənistan tərəfi status-kvonu saxlamaq məqsədilə bir daha Azərbaycanın yaşayış məntəqələrini iri çaplı pulemyotlardan, artilleriya qurğularından atəşə məruz qoydu və bundan sonra Azərbaycan ordusundan layiqli cavab aldı. Azərbaycan ordusu Ermənistan ordusu haqqında yaradılan süni mifi sındırdı. Beynəlxalq təşkilatlar və dünya dövlətləri də münaqişənin nəhayət həll edilməsinin vacibliyini anladı. Artıq bundan sonra status-kvonun davam etdirilməsi mümkün görünmür.

Bildirilib ki, ermənilərin təxribatlar törətməkdə məqsədi tamam başqa idi - Azərbaycanın imicinə zərbə vurmaq, münaqişənin həllini uzatmaq. Ancaq son nəticədə Dağlıq Qarabağ münaqişəsinin həlli tamam başqa bir mərhələyə yeni şəraitdə daxil oldu və bu halda münaqişənin həlli məsələsi daha da aktuallaşdı.


Geri dön