Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sevil Mikayılova: Dünya artıq Azərbaycanın çağırdığı yola gəlir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Sevil Mikayılova: Dünya artıq Azərbaycanın çağırdığı yola gəlir

Sevil Mikayılova: Dünya artıq Azərbaycanın çağırdığı yola gəlir


"Aprelin əvvəlində cəbhə xəttində baş verən erməni təxribatlarının əsas səbəblərindən biri Azərbaycanın beynəlxalq sahədə qazandığı uğurlardır".

Bunu "Azernews" qəzetinin baş redaktoru, siyasi ekspert Sevil Mikayılova "Baku Network" ekspert qrupunun cəbhə xəttində baş verən hadisələrdən sonra yaranmış yeni diplomatik və siyasi vəziyyətə dair müzakirələrində deyib.

S.Mikayılova bildirib ki, Prezident İlham Əliyevin Dağlıq Qatabağ məsələsini bütün plafromalarda, bütün forumlarda və görüşlərdə hərtərəfli səsləndirməsi artıq beynəlxalq ictimaiyyətdə Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə fərqli bir münasibətin yaranmasına gətirib çıxarmışdı:

"Cəbhə xəttində son hadisələrdən sonra verilən bəyanatlar da göstərdi ki, artıq dünya Dağlıq Qarabağ məsələsinə münasibətini dəyişib. Dünya artıq Azərbaycanın çağırdığı yola gəlir və Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz qaytarılmasını tələb edir".

S.Mikayılova qeyd edib ki, son təxribatları törətməklə ermənilərin məqsədi tam başqa idi: "İstəyirdilər ki, Azərbaycanın nüfuzunu korlasınlar, ancaq son nəticədə Dağlıq Qarabağ münaqişəsinin həlli yeni bir mərhələyə daxil oldu və bu halda münaqişənin həlli məsələsi daha da aktuallaşdı".

Onun sözlərinə görə, Serj Sarkisyan artıq öz ölkəsində siyasi mövqelərini çoxdan itirib: "İndiyə qədər ölkəsində düzgün siyasət apara bilməyib. Ölkədə sosial-iqtisadi durum çox çətindir, siyasi tərəfdaşları yox dərəcəsindədir. Sarkisyan rejimi artıq iflasa uğrayıb".

Geri dön