Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > 21 FEVRAL – Ümumdünya Ana Dili Günü ilə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin BƏYANATı
21 FEVRAL – Ümumdünya Ana Dili Günü ilə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin BƏYANATı |
GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) 21 FEVRAL – Ümumdünya Ana Dili Günü ilə bağlı Bəyanat yayıb.
Bəyanat olduğu kimi diqqətinizə çatdırılır: “İnsan hüquqlarının və milli haqların bərpasının inkişafı dönəmdə millətlərin dillərinin rəsmiyyətdə tanınması dünya ictimaiyyəti tərəfindən normal prinsip kimi qəbul edilib. Təsadüfi deyil ki, UNESCO Baş Konfransının 1999-cu ildə keçirdiyi 30-cu sessiyasında 21 fevral - Ümumdünya Ana dili Günü kimi təsdiq olunub və tövsiyyə edilib ki, hər bir ölkə daxilində yaşayan müxtəlif millətlərin ana dilləri rəsmiyyətdə tanınmalı və bütün sahələrdə onun istifadə olunmasına və inkişafına şərait yaradılmalıdır. İran adlanan ölkədə isə öz tarixi torpaqlarında yaşayan 30 milyondan çox Azərbaycan türkü güclü assimilyasiya siyasətinə məruz qalaraq, digər hüquqları ilə yanaşı bu hüquqdan da məhrum olunublar. Onlar ana dilində oxumaq üçün bir məktəbə belə malik deyildir. Fars rasist rejimlərinin irançılıq və farsçılıq adı altında həyata keçirdikləri siyasətin nəticəsidir ki, uşaqlarımız fonetik ahənginə və qrammatikasına görə dünyanın ən kamil dillərindən biri olan azərbaycan türkcəsində yox, yabancı fars dilində təhsil almaq məcburiyyətindədirlər. Fars molla rejimi azərbaycan türklərinin öz ana dilində yazıb-oxumasını yasaqlamaqla onun keçmişini və gələcəyini məhv etmək istiqamətində bütün imkanlarını səfərbər edib. Azərbaycan Milli Azadlıq Hərəkatı millətimizə tətbiq olunan haqsızlıqlara qarşı etiraz edərək mübarizə aparır. Rejim bu haqlı tələblərə ən ağır fiziki və mənəvi işgəncə metodları ilə cavab verir. Bu gerçəkliklər onu deməyə əsas verir ki, milli istəklərimizin əsasını təşkil edən ana dilində təhsilin təmin olunması yalnız öz müstəqil dövlətimizi qurduqda gerçəkləşəcək. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyan edir ki, fars rasizminin azərbaycan türklərinə qarşı apardığı bu siyəsətə son verilməsi üçün millətimizin bütün kəsimləri vahid güc olaraq milli-demokratik dövlətimizin qurulması istiqamətində birgə mübarizəsini daha da gücləndirməlidir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi millətimizi 21 fevral Ümumdünya Ana dili günü münasibəti ilə təbrik edir və fars rasist rejiminin azərbaycan türklərinə qarşı həyata keçirdiyi faşist davranışları qınayaraq onları davamlı mübarizəyə çağırır.” GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ 18.02.2012 Geri dön |