Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı faciəsi günlərində Sankt-Peterburqda Azərbaycan diaspor təşkilatının konsert təşkil etməsi etirazla qarşılanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Xocalı faciəsi günlərində Sankt-Peterburqda Azərbaycan diaspor təşkilatının konsert təşkil etməsi etirazla qarşılanıb

Xocalı faciəsi günlərində Sankt-Peterburqda Azərbaycan diaspor təşkilatının konsert təşkil etməsi etirazla qarşılanıb


Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adlı təşkilatın bu il fevralın 27-də konsert keçirməsi etirazla qarşılanıb.
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi və bir sıra digər təşkilatlar dünyanın hər yerində Azərbaycan diasporunun Xocalının anım tədbirləri keçirdiyi vaxtda Sankt-Peterburqdakı diaspor nümayəndələrinin konsert şənliyi təşkil etməsindən hiddətləniblər.
Konsertin təşkilatçısı olan Vaqif Məmişov APA-ya açıqlamasında belə bir tədbirin keçiriləcəyini təsdiqləyib: “Birincisi, burada 380 min azərbaycanlı yaşayır. İkincisi, Xocalı faciəsi fevralın 25-dən 26-a keçən gecə baş verib, 27-də yox ki! Biz də hər il fevralın 25-26-da bu hadisəni bir yerdə yığışıb yada salırıq. Bu il də yığışıb yada salarıq”.
V. Məmişov onların ünvanına səslənən ittihamları əsassız adlandırıb: “20 yanvar faciəsindən sonra ayın 21-də Azərbaycanda da konsert olur. Bizim burada fevralın 27-də keçirəcəyimiz konsert Rusiyada prezident seçkilərinə dəstək konsertidir. Burada gün seçmək bizdən asılı olmadı. Sankt Peterbuqrdakı 12 min nəfərlik sarayda yalnız ayın 27-də boş yer var”.
Qeyd edək ki, həmin konsertdə iştirak etmək üçün Azərbaycandan müğənnilər Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun dəvət olunublar.
Azərbaycan qeyri-hökumət təşkilatları bununla bağlı bu il fevralın 20-də Xocalı faciəsinin şahidləri, Qarabağ veteranları, şəhid ailələri, QHT nümayəndələri və sənətçilərin iştirakı ilə etiraz tədbiri keçirəcəklər.

Geri dön