Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı soyqırımında əli olan Sarkisyan və Köçəryanın cinayətləri ilə bağlı faktlar sənədləşdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Xocalı soyqırımında əli olan Sarkisyan və Köçəryanın cinayətləri ilə bağlı faktlar sənədləşdirilir

Xocalı soyqırımında əli olan Sarkisyan və Köçəryanın cinayətləri ilə bağlı faktlar sənədləşdirilir


Azərbaycanın Baş nazirinin müavini bəyan edib ki, Xocalı soyqırımının törədilməsində əli olan Ermənistanın Prezidenti Serj Sarkisyan və keçmiş prezidenti Robert Köçəryanın cinayətləri ilə bağlı faktlar sənədləşdirilir.

"Dünya ictimaiyyətinin böyük bir hissəsi bilir ki, Xocalı hadisəsi törədilərkən sovet (şurəvi) ordusunun gücündən və Dağlıq Qarabağda olan bir qrup separatçıdan (bölücü) istifadə olunub. Separatizm hərəkatının başında duranlar isə Robert Köçəryan və Serj Sarkisyan olub. Bu istiqamətdə iş aparılır". Bunu cümə günü jurnalistlərə Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov deyib. Onun sözlərinə görə, ermənilərin törətdiyi bütün cinayətlər araşdırılır və sənədləşdirilir.

"Belə olan halda beynəlxalq səviyyədə müraciət etmək olar. Bunu sübuta yetirmək üçün kifayət qədər faktlar sənədləşdirilir. Hesab edirik ki, hüquq-mühafizə orqanları bunun öhdəsindən gələcək", - Həsənov əlavə edib. Onun sözlərinə görə, Ermənistan bu gün çox ciddi şəkildə türk dünyasına, bir neçə müsəlman ölkəsini çıxmaqla, bütün dünya müsəlmanlarına qarşı ciddi ideoloji müharibə aparır."Biz bu məsələlərdə açıq olmalıyıq. Hesab edirəm ki, bu problemlə bağlı heç bir diplomatik qaydaları gözləmək lazım deyil", - Həsənov bildirib.Xatırladaq ki, 1992-ci il fevralın (February) 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Geri dön