Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev yəhudiləri təbrik etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyev yəhudiləri təbrik etdi

Fərəc Quliyev yəhudiləri təbrik etdi


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev yəhudilərin milli bayramları olan Peysax münasibəti ilə dünya yəhudilərini və o cümlədən Azərbaycanda yaşayan yəhudiləri təbrik edib. Təbrikdə deyilir:
“Türklər və yəhudilər ən qədim mədəniyyətə malik və bəşəriyyətə böyük töhvələr vermiş millətlərdəndirlər. Tarixdə hansı siyasi sistemlərin hökümranlıq etmələrinə baxmayaraq, bu iki millətin heç vaxt üz-üzə gəlməməsi və toplumlarımız arasında müharibəyə səbəb olacaq hər hansı bir qarşıdurmanın olmaması millətlərimizin daim dostluq münasibətində yaşamalarının sübutudur. Çox sevindirici haldır ki, həmin ənənə bu gün də davam etməkdədir. Dövlətlərimiz arasında əməkdaşlıq və tərəfdaşlıq, xalqlarımız arasında dostluq və həmrəylik mövcutdur.
Eyni zamanda Azərbaycanda yaşayan yəhudilər də Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi, daim bizimlə dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayıblar. Azərbaycanda yaşayan yəhudilər öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Azərbaycanın azadlığı, ərazi bütövlüyü, mədəniyyəti, iqtisadiyyatı, elminə töhfələr verən yəhudi icmasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında özünəməxsus rolu vardır.
Tarixdə böyük iztirablar yaşamış yəhudi milləti bü gün özündə azadlıq və baharın gəlişini ehtiva edən Peysax bayramını qeyd edir. Bizə dost və qardaş olan dünya yəhudilərini, o cümlədən Azərbaycanda yaşayan yəhudi xalqını bu əziz və mənalı gün münasibəti ilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm. Dostluq və qardaşlığımızın əbədi olması arzusuyla, yəhudi xalqına bir daha heç bir iztiraba rast gəlməmək və hər bir yəhudi ailəsinə xoşbəxtlik, süfrələrinə ruzi-bərəkət arzulayıram.”

MDHP Metbuat Xidmeti

Geri dön