Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunmasını təkmilləşdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunmasını təkmilləşdirir

Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunmasını təkmilləşdirir


Azərbaycanda "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna dəyişikliklər ediləcək.

Bu barədə Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib.

Onun sözlərinə görə, qanuna edilməsi planlaşdırılan dəyişikliklər internetdə müəllif hüquqlarının idarə edilməsi ilə bağlı olacaq.

K.İmanov qeyd edib ki, qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər internet provayderlərə aid olacaq: "Söhbət onların virtual mühitdə müəllif hüquqlarının qorunması sahəsində məsuliyyət dərəcələrindən gedir. Bu məsələnin müəyyən aspektləri hazırda "Elektron ticarət haqqında" qanunda əksini tapıb. Lakin müvafiq aspektlərin "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunda da öz əksini tapması da vacibdir".

Geri dön