Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > AŞPA Dağlıq Qarabağda keçirilən qanunsuz bələdiyyə seçkilərini pisləyən bəyanat qəbul edib
AŞPA Dağlıq Qarabağda keçirilən qanunsuz bələdiyyə seçkilərini pisləyən bəyanat qəbul edib |
“Ermənistan AŞPA-nın digər üzvü Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) erməni separatçılarının sentyabrın 18-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirdiyi qanunsuz bələdiyyə seçkilərini pisləyən bəyanat qəbul edib. APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkə parlamentarları imza atıb və bəyanat AŞPA-nın rəsmi sənədi kimi qəbul olunub. AŞPA-nın toplantısında qurumun sədri tərəfindən elan olunan bəyanatda deyilir: “Ermənistan AŞPA-nın digər üzvü Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. AŞPA qəbul etdiyi 1416 saylı qətnamədə bu işğalı pisləyərək Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırmışdı. Buna baxmayaraq, Ermənistan bir daha bilərəkdən AŞPA və BMT qətnamələrinə məhəl qoymayaraq 2011-ci il sentyabrın 18-də işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu qeyri-qanuni, separatçı rejim - tanınmamış uydurma Dağlıq Qarabağ Respublikasında qeyri-qanuni bələdiyyə seçkiləri keçirib. Bu qeyri-qanuni seçkilər beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan arasında gedən çox həssas müzakirə prosesinə də ciddi zərbə vurub. Ermənistanın bu addımları onsuz da gərgin olan regionda vəziyyəti daha da gərginləşdirir”. Bəyanatda Ermənistan tərəfindən keçirilmiş bu qeyri-qanuni seçkilərin dünyanın əksər beynəlxalq təşkilatları tərəfindən pislənildiyi də vurğulanır: “Bunları nəzərə alaraq assambleya bu qeyri-qanuni seçkiləri kəskin pisləyir və Ermənistanı bu cür destruktiv və qeyri-qanuni, beynəlxalq hüquqa zidd addımları dayandırmağa çağırır. Çünki bu addımlar beynəlxalq hüquqa və beynəlxalq təşkilatların müvafiq qətnamələrinə zidd olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində davam edən danışıqlar prosesinə mənfi təsir göstərir və təhlükə altına salır, bölgədə vəziyyəti gərginləşdirir. Assambleya Ermənistan rəhbərliyini beynəlxalq hüquq normalarına əməl etməyə və münaqişənin tənzimlənməsi prosesində konstruktiv mövqe tutmağa çağırır”. Geri dön |