Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb

Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb


Ötən günlər ərzində Qanıx çayının hövzəsinə yağan leysan xarakterli yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 132 sm artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatan görə, hazırda məntəqədə su sərfi 352 m3/s olmaqla, ongünlük normanın 178 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 155 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.

Mayın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım olub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Salyanda isə 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2015-ci il mayın 02-də 333 sm), Salyanda 203 sm (2015-ci il mayın 02-də 184 sm), Bankədə 185 sm (2015-ci il mayın 02-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2015-ci il mayın 02-də 90 sm) təşkil edir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

Geri dön