Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlayıb
Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlayıb |
Qədim tarixi, zəngin mədəniyyəti, çoxsaylı tarixi-mədəni abidələri və müasir inkişafı Naxçıvan şəhərinin turizm imkanlarını ilbəil artırır. Tarixilik və müasirliyin vəhdətində inkişaf edən Naxçıvan şəhərinə hər il on minlərlə turist gəlir. Bu səbəbdən də turistlərin istirahətinin mənalı təşkili və muxtar respublika paytaxtı ilə yaxından tanış olmaları diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, mayın 2-də Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Ali Məclisin Sədri deyib: Hər bir ölkənin tarixi-mədəni abidələrinin tanıdılmasında turist marşrutlarının mühüm rolu vardır. Turizmin inkişaf etdiyi ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilir. Naxçıvan şəhərinin inkişafı və mövcud turizm potensialı da müasir turizm xidmətlərinin tətbiqini zəruri edir. Yeni açılan turist marşrutu bu istiqamətdə həyata keçirilən ilk tədbirdir. Ona görə də muxtar respublikada bu məsələ daim diqqət mərkəzində saxlanılmalı, turistlərə göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Sonra Ali Məclisin Sədrinə Naxçıvan şəhərdaxili turist marşrutu barədə məlumat verilib. Bildirilib ki, marşrutun uzunluğu 14 kilometr, turun müddəti isə 2 saatdır. Bunun üçün ayrılan gəzinti avtobusu 30 yerlikdir. Avtobus “Təbriz” mehmanxanasının qarşısından hərəkətə başlayacaq, turistlər marşrut üzrə Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət obyektləri, görməli yerləri və müasir inkişafı ilə yaxından tanış olacaqlar. Həmin gün Ali Məclisin Sədri Naxçıvan şəhərindəki 18-ci əsrə aid İsmayılxan hamamına da baxıb, bərpa olunan abidədə turistlərin istirahəti üçün lazımi şəraitin yaradılması, iaşə xidmətinin təşkilində yerli məhsullara üstünlük verilməsi tapşırığını verib. Geri dön |