Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
Ümum Dünya Ana Dili Gününə həsr edilən Afişa
21 Fevral (2 isfənd) Dünya Ana Dili Günüdür. Dili qadağan olmuş güney azərbaycanlılar bu günə xüsusi maraqla hazırlaşırlar. Bu önəmli gün Güney Azərbaycanda dərin məna daşıdığı üçün, bu gün müxtəlif mərasimlərin keçirilməsi və kütləvi etiraz gözlənilir. Qeyd edək ki, “21 Fevral” Ana dillərin gəlişməsi, dil və mədəniyyətlərin çeşidliliyinin qorunması üçün 1999-cu il fevralın 21-də (isfənd 2-də) YUNESKO təşkilatının ümumi iclasında Dünya Ana dili günü adlanmışdır. Bu önəmli mədəni gün bütün dünyada çeşidli yollarla kütləvi şəkildədə dəyərləndirilir. Gördüyünüz maraqlı Afişa Dünya Ana Dili Gününə həsr olunub. ƏRDƏBİLDƏ DÜNYA ANA DİLİ GÜNÜ İLƏ BAĞLI BİLDİRİLƏR YAYILIBDIR Dünya ana dili günü yaxınlaşdıqca Güney Azərbaycanda Ana dili ilə bağlı fəaliyyətlərə son günlər qat- qat artmışdır. Ərdəbil şəhərində Ana dili ilə bağlı və Dünya ana dili günü, 21 Fevralı tanıtmaq məqsədi ilə çox sayıda bildirilər yayılmışdır. Bildirilərdə Ana dilinin yasaqlığından başqa ümumiyyətlə Azərbaycan Türklərin qarşı İranın rasist dövlətinin siyasəti haqqında bilgilər yazılmış və rasist düşüncə tənqid edilmişdir. Son günlər Xoyda və başqa Azərbaycan şəhərlərində Ana dili günü ilə işlər görülmüşdür. Güney Azərbaycanlı qadın haqları müdafiəçisinin məhkəməsi keçirilib Fevralın 18-də İranda azərbaycanlı qadın haqları müdafiəçisi Məhsa Mehdilinin məhkəmə prosesi keçirilib. İşə Urmiya İnqilab Məhkəməsində baxılıb. İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaqda günahlandırılan Məhsa Mehdilini vəkili Musa Bərzin Xəlifəlu müdafiə edib. Bu ittiham onun yazdığı bəzi məqalələr və GünAzTV-yə verdiyi müsahibəsi üçün irəli sürülüb. Qeyd edək ki, azərbaycanlı qadın haqları müdafiəçisi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Məhsa Medilini avqustun 21-də Urmiya şəhərində atasının mənzilində həbs ediblər. Amma 22 gün sonra ailəsinin qoyduğu 50 min ABŞ dolları mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. SƏHƏR KANALININ QUZEY AZƏRBAYCANDAKI MÜXBİRİ YAXALANDI Anar Bayramov adlı şəxs Bakının binəqədi rayonu polisi tərəfindən yaxalanmışdır. Anar Bayramov adlı Quzey Azərbaycan vətəndaşı, Səhər tele kanalından başqa, İranın müxtəlif radio və TVlərinə Azərbaycana qarşı doğru olmayan reportaj və bilgiləri göndərirmiş. həm də həmin gün Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da tutuqlanmışdır. İranın Quzey Azərbaycandakı səfirliyinin mətbuat katibi, İskəndəri, bu tutuqlamalardan narahat olduğunu ifadə edib və bu durumun iki tərəfli münasibətlərin pisləşməsinə yönəldiyini söyləmişdir. Banqkokda törədilən terrorda şübhəli bilinən iranlı qadının şəkili Fevralın 14-də Tailandin paytaxtı Banqkokda İran vətəndaşı Səid Muradinin törətdiyi partlayışda bir neçə nəfər yaralanmışdır. Terrorda şübhəli bilinən şəxslərdən biri də İran vətəndaşı Leyla Ruhanidir. O, hadisə yerindən qaçıb və İrana qayıtmağa nail olub.Tailand məhkəməsi Leyla Ruhani barəsində tutuqlanma qərarı çıxardıb. Geri dön |