Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Azərbaycan Ermənistandakı köhnəlmiş atom elektrik stansiyasının yaratdığı risklərdən narahatdır
Azərbaycan Ermənistandakı köhnəlmiş atom elektrik stansiyasının yaratdığı risklərdən narahatdır |
Ermənistanın nüvə və digər radioaktiv materiallar baxımından bölgə üçün ciddi təhlükə mənbəyi olması barədə məlumatlar Mərakeşin daha bir elektron nəşrində - www.agora.ma internet portalında yerləşdirilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən bildiriblər ki, məlumatda ölkəmizin Ermənistanın nüvə təhdidləri ilə bağlı beynəlxalq birliyi dəfələrlə xəbərdar etdiyi diqqətə çatdırılıb. Həmin xəbərdarlığın bu yaxınlarda yüksək rütbəli erməni rəsmilərinin ölkələrinin müxtəlif nüvə və radioaktiv materiallara malik olması ilə bağlı səsləndirdikləri fikirlərdən sonra daha açıq şəkil aldığı qeyd edilib. Müəllif Azərbaycanın əsas narahatlığının Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası (AES) qurğularının köhnəlməsi və baxımsız vəziyyətdə olmasından irəli gəldiyini diqqətə çatdırıb. Region üçün böyük risklər və təhdidlər yaradan həmin nüvə obyektinin bağlanmasına böyük ehtiyac olduğu vurğulanıb. Yazıda son dövrdə dünya mətbuatında Ermənistan vətəndaşlarının adının nüvə materiallarının qaçaqmalçılığında hallanmasından danışılıb. Ermənistan vətəndaşlarından ibarət qruplaşmaların nüvə qaçaqmalçılığı məqsədilə Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışı olan Gürcüstan ərazisindən istifadə etdikləri bildirilib. Həmin qruplaşmaların üzvlərinin 2010-2013-cü illərdə zənginləşdirilmiş “Sezium 137” maddəsinin qaçaqmalçılığında təqsirli bilinərək həbs edildikləri qeyd olunub. Məqalədə Yaxın Şərq regionuna satılması planlaşdırılan və qara bazarda milyon dollarla qiymətləndirilən “Uran 238” maddəsinin qaçaqmalçılığına görə üç nəfər Ermənistan vətəndaşından ibarət qrupun cari ilin aprelində Gürcüstan ərazisində tutulduğu da diqqətə çatdırılıb. Sonda müəllif Ermənistan tərəfindən müxtəlif dövrlərdə nüvə və radioaktiv materialların qeyri-qanuni satışını və qaçaqmalçılığını əks etdirən tutarlı dəlillərə əsaslanan ingilis dilində məlumatı oxucularının diqqətinə təqdim edib. Materialın tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.agora.ma/138470.html Geri dön |