Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > VYANA SARKISYANİN SON ŞANSİDİR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > VYANA SARKISYANİN SON ŞANSİDİR

VYANA SARKISYANİN SON ŞANSİDİR


O, ya reallıqla barışıb sülhə hazır olmalıdır, ya da zəif ölkəsini müharibənin ağuşuna atmalıdır


"Atəşkəs imzalandıqdan sonra ilk dəfədir ki, Ermənistanla masaya güc mövqeyi ilə otururuq”. Bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə münasibət bildirən politoloq Elnur Soltanov deyib. Tanınmış ekspertin fikrincə, görüşün Azərbaycan üçün faydalı olan tərəfləri onun səbəbləridir. Səbəblər isə Azərbaycan ordusunun 4 günlük uğurlu hərbi əməliyyatıdır:

"Birinci Dağlıq Qarabağ müharibəsindən bu vaxta qədər keyfiyyətcə buna bənzər hadisə olmayıb. Son hərbi əməliyyatlar bütün hesablamaları dəyişdirdi. Ermənistan müxalifətinin əlinə heç bir zaman düşməyən fürsət keçdi. Eyni zamanda Ermənistan-Rusiya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Son hərbi əməliyyatların uğurlu tərəfi hərbi yox, siyasi nəticələrlə bağlıdır. Ermənistanı masaya oturdan Azərbaycanın effektiv hərbi əməliyyatları oldu”.

"Vyana tarixən Qərb-Rusiya qarşıdurmasında neytral şəhər olub”

Politoloq görüş üçün Vyananın seçilməsi məsələsinə də aydınlıq gətirib: "Ermənistan əməliyyatlarda gözləmədikləri bir ordu ilə qarşı-qarşıya qaldı. Bu baxımdan Azərbaycanın sonrakı addımlarını görmək Ermənistan üçün çox vacibdir. İkincisi, bu görüş Sarkisyan üçün daxili siyasi proseslər nöqteyi-nəzərdən çox əhəmiyyətli hadisədir. Çünki Sarkisyan hərbi sahədə itirdiyi nüfuzunu bir növ siyasi masada neytrallaşdırmağa çalışacaq. Lakin düşünürəm ki, görüşdə Ermənistan tərəfinin əsas məqsədi Azərbaycanı "çözməkdir”. Çünki onlar təxmin etmədikləri anda zərbəyə məruz qaldılar. Digər faktor isə Rusiya ilə bağlıdır. Rusiya ilə Qərbi Avropa arasında qarşıdurma son vaxtlar canlanmağa başlayıb. Bu canlanma prosesində Rusiyanın da Qafqaza verdiyi önəm artmaqdadır. Qərb dünyası da münaqişənin Rusiyanın monopoliyasına keçdiyini görməkdədir. Görüş üçün Vyananın seçilməsinin səbəblərindən biri də budur. Çünki Avstriya tarixən Qərb-Rusiya qarşıdurması zamanı neytral ərazi statusunda olub”.

"Mövcud proses bizim xeyrimizədir”

Buna baxmayaraq, Elnur Soltanov görüşün nəticəsində ciddi bir irəliləmənin olmayacağını bildirib: "Görüşdə geriyə addım atmaq Sarkisyan üçün daxili siyasi aspektlər baxımından məhv olmaq anlamına gəlir. Buna görə də Sarkisyanın görüş zamanı kompromisə gedəcəyinə inanmıram. Nəticə etibarilə, görüşdən ciddi bir irəliləmə də gözləmirəm. İrəliləmə o halda olar ki, oyunçulardan biri fikrini dəyişsin. Amma görüşün nəticəsi nə olur-olsun, mövcud proses bizim xeyrimizədir. Çünki atəşkəs imzalandıqdan sonra ilk dəfə güc mövqeyi ilə üzüağ şəkildə masaya otururuq”.

"Azərbaycan masadan qalib qalxacaq”

Millət vəkili Fərəc Quliyev deyib ki, Azərbaycan danışıqlar masasında hərtərəfli üstünlüyə malikdir. Həm hərbi sahədə uğurlarına, həm də diplomatik danışıqlarda əldə etdiyi mövqelərə görə, Ermənistandan üstündür: "Ermənistan hərbi meydanda çox ciddi uğursuzluğa düçar olduğunu, Azərbaycanla poliqonda münasibətləri aydınlaşdırmaq iqtidarında olmadığını etiraf edir. Azərbaycan beynəlxalq aləmin xahişiylə qələbənin bir addımlığında hərbi əməliyyatları dayandırdı. İndi də gözləmə mövqeyində dayanır. Beynəlxalq aləmin çağırışına əməl etməsi də Azərbaycanın üstünlüyünü artıran faktordur. Amma Ermənistan tərəfi bütün vasitələrdən istifadə edərək status-kvonu saxlamağa çalışır. Aydındır ki, bu dəfə də pozucu təkliflərlə çıxış edəcəklər. Ona görə də danışıqlardan nəticə gözləmirəm, amma bütün hallarda bu masadan Azərbaycan qalib qalxacaq. Yəni Ermənistanın iç üzü bir daha açılacaq. Bununla da Azərbaycanın gələcəkdə yenidən hərbi əməliyyatlara başlaması üçün şərait yaranacaq, beynəlxalq aləm də buna əngəl ola bilməyəcək”.


"Prezidentlərin görüşü nəticə verməyəcək”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə Vyana görüşünün digərlərindən fərqlənməyəcəyini deyib. Deputatın fikrincə, Ermənistan sülhə hazır deyil: "Ermənistan sülhə məcbur edilməlidir. Əks halda onlar tərəfindən müsbət addım gözləməyə dəyməz. Görüşün alınmasına çalışan həmsədrlər bununla münaqişənin həllində müəyyən cəhdlər etdiklərini göstərməyə çalışırlar. Ancaq 25 ilə yaxındır ki, Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səyləri boşa çıxır və heç bir nəticə vermir. Çünki burada hüququn aliliyinə diqqət verilmir. Təcavüzkara qarşı qəbul edilən qərarlar icra olunmur”.

İsmayıl

Geri dön