Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəlilabaddan gətirilən ətlərin keyfiyyətsiz olması müəyyən edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Cəlilabaddan gətirilən ətlərin keyfiyyətsiz olması müəyyən edilib

Cəlilabaddan gətirilən ətlərin keyfiyyətsiz olması müəyyən edilib


İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan nəzarəti tədbirlər çərçivəsində mayın 14-də gecə saat 1.00-2.00 radələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən keçirilən nəzarəti reyd zamanı Montində yerləşən "Ucal-Elgün" MMC heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədi ilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi "Qazel" markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində 9 baş hissələrə bölünmüş, 1300 kq-a yaxın, antisanitar vəziyyətdə, standarta uyğun olmayan formada, üst-üstə yığılaraq çirkli baş-ayaq və tamam yarasız vəziyyətdə, daxili orqanlarla birgə daşınan iribuynuzlu heyvan cəmdəklərindən götürlən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinələri başa çatıb.

Dövlət Xidmətindən verilən məlumata görə, laboratoriyada aparılan bakterioloji müayinələrin nəticələrinə görə, nümunələrin 26-də bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinə zamanı isə elə həmin ətlərinin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də Cəlilabad rayonundan paytaxta gətirilən, bakterioloji müayinəsi davam etdirilən cəmdəklərin aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə müvafiq olaraq qida üçün yararsız olan heyvan cəmdəkləri baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Geri dön