Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi |
21 Fevral Beynəlxalq Ana dili günü münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin təşəbüsü ilə “Atatürk Mərkəzi”ndə İranda hakimiyyət tərəfindən qeyri-fars millətlərin öz ana dillərində təhsilə qoyulan qadağa və bu qadağaya qarşı olanların təqib və təziqlərə məruz qalmaları müvzusunda tədbir keçirilib.
Tədbiri MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli açaraq iştirakçılara bu soyuq havada dəvətlərini qəbul edib tədbirə gəldiklərinə görə öz təşəkürünü bildirdi. Əlirza Amanbəyli əlavə etdi ki, 21 Fevral beynəlxalq ana dili günü 1999-ci ildə” YUNESCO” tərəfindən rəsmən qəbul olunub. Bu münasibətlə hər il həmin günlər ərəfəsində Güney Azərbaycanın bütün bölgələrində İran rejiminin Türk dilində təhsilə qoyulan qadağaya qarşı kütləvi etiraz aksiyaları keçirilir və çoxlu sayda soydaşımız təhlükəsizlik məmurları tərəfindən həbs olunaraq ağır işgəncə və təziqlərə məruz qalır. Biz bu tədbiri keçirməklə Güney Azərbaycanda öz tarixi tormağlarında yaşayan 40 milyona yaxın soydaşlarımızın milli azadlıq hərəkatına dəstək olraq keçiririk.İranda hakimiyyətdə olan fars molla hakimiyyəti qeyri fars millətlərin bütün hüquq və azadlıqlarını ələrindən alıb. İran adlanan ölkədə yanlız Fars və erməni dilərində təhsilə icazə verilir.1980-ci ildə qəbul olunan İranın konstitusiyasının 15 və 19-cu maddələrində göstərilir ki, İranda bütün xalqlar və etnik azlıqlar öz andillərində təhsil almaq hüququna malikdir və dövlət bu şəraiti bütün xalqlara yaratmağa borcludur.Lakin əmin qanunun qəbulundan 33-il keçməsinə baxmayraq bü günə qədər icra olunmayıb və bu 15-19-cu maddələrin icrasını tələb edən soydaşlarımız rejim tərəfindən həbs olunraq ağır işkəncə və təziqlərə məruz qalmaqdadır. Tədbirdə MDHP rəhbərliyi ilə yanaşı, hüquqşünaslar, dilçi alimlər, ictimai-siyasi xadimlər və Bakıda yaşayan Güney Azərbaycanlı siyasi mühacirlər mövzu ətrafında çıxış ediblər. İctimai-siyasi xadimlərdən tədqiqatçı alim Ənvər Börüsoy, Türk Xalqları Assambleyasının vitse-prezidenti akademik Yəhya Əliyev, Xarici Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, AMEA-nın Fiziologiya institunun fəlsəfə doktoru Babək Xalistürk, “Bura Vətəndir” dərnəyinin rəhbəri Səriyyə İsmayılova, Güneyli fəal Aqşin Ağkəmərli, Cavad Tağızadə, “Traxtur” fan-klubunun rəhbəri Rasim Əfəndiyev və digər qonaqlar məsələ ətrafında müzakirə aparıblar. Tədbirin sonunda MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli tərəfindən beynəlxalq insan haqları təşkilatlarına İranda yaşayan qeyri-fars millətlərinin, özəlliklə Azərbaycan türklərinin öz ana dilində təhsil hüququnun bərpa olunması ilə əlaqədar Güney Azərbaycan departamentinin bəyanatı oxunub. MDHP Güney Azərbaycan Departamenti Foto-1 Foto-2 Geri dön |