Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qanunsuz sahibkarlıqla məşğul olan şəxs cərimə ödəməklə məsuliyyətdən azad olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Qanunsuz sahibkarlıqla məşğul olan şəxs cərimə ödəməklə məsuliyyətdən azad olunacaq

Qanunsuz sahibkarlıqla məşğul olan şəxs cərimə ödəməklə məsuliyyətdən azad olunacaq


İyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.

Bu məsələ Prezident İlham Əliyevin təstiqlədiyi Cinayət Məcəlləsində edilən dəyişikliklərdə əksini tapıb. Yeni Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik iyunun 1-dən qüvvəyə minir.

Geri dön