Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kür daşqınları ilə bağlı yaranmış problemlərlə əlaqədar Sabirabadda rayon sakinləri ilə görüş keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Kür daşqınları ilə bağlı yaranmış problemlərlə əlaqədar Sabirabadda rayon sakinləri ilə görüş keçiriləcək

Kür daşqınları ilə bağlı yaranmış problemlərlə əlaqədar Sabirabadda rayon sakinləri ilə görüş keçiriləcək


“Kür daşqınları ilə bağlı yaranmış problemlərlə əlaqədar fevralın 28-də Sabirabaddakı Mədəniyyət Mərkəzində rayon sakinləri ilə görüş keçiriləcək. Görüşdə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndələri və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı iştirak edəcək”. Bu barədə Kür Vətəndaş Cəmiyyətinin sədri Oqtay Gülalıyev bildirib. O. Gülalıyev deyib ki, Kür daşqınları ilə bağlı mövcud problemlərin və şikayətlərin qarşıdurmalar və gərginliklər yolu ilə yox, qarşılıqlı dialoq və müzakirələr yolu ilə həlinin tərəfdarıdırlar: “Bu baxımdan hesab edirik ki, fevralın 28-də icazə verilən yığıncaqda iştirak etmək daha məqbuldur. Həmin toplantıda hökumət nümayəndələrinin və xüsusən Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin iştirakı da nəzərdə tutulub. Vətəndaşlar da həmin toplantıda gəlib öz problemlərini deyə bilərlər. Biz bu varianta üstünlük veririk. Eyni zamanda vətəndaşların da aksiya keçirmək hüququna hörmətlə yanaşırıq. Amma aksiyanın təşkilatçılarına bildirmişik ki, bu görüş varsa, biz aksiyanın görüşlə əvəzlənməsini daha məqsədəuyğun sayırıq. Sakinlər bu görüşə gələrək problemlərini orada hökumət nümayəndələrinə çatdırsınlar. Yəni rayonda gərginliyin yaranması əlavə qarşıdurmalar və problemlər yarada bilər. O baxımdan biz bu problemlərin qarşılıqlı dialoq və əməkdaşlıq çərçivəsində müzakirələr yolu ilə həllinə tərəfdarıyıq”.
Cəmiyyət sədri deyib ki, onlar Sabirabadda Kür daşqınları ilə bağlı aksiyanın təşkilatçılarını fevralın 22-də Bakıya dəvət ediblər: “Bu barədə onlara öz fikirlərimizi bildirəcəyik. Telefonla da onlara bildirmişik ki, fevralın 28-də Sabirabad mədəniyyət sarayında görüş üçün yer ayrılıb. Hesab edirik ki, sakinlər öz problemlərini yığıncaqda bildirsələr, daha məqsədəuyğun olar. Küçələrdə polislə qarşıdurma səviyyəsində yox, sivil şəkildə, qapalı zalda problemlərin müzakirəsini daha məqsədəuyğun hesab edirik. Əgər bundan sonra da tələbləri yerinə yetirilməsə, aksiya keçirmək artıq onların konstitusion hüququdur”.
O. Gülalıyev onu da qeyd etdi ki, bundan əvvəl rayon sakinlərinin problemləri barədə hökumət nümayəndələri ilə müzakirələr aparılıb və mövcud vəziyyət haqda səlahiyyətli şəxslər məlumatlandırılıb.

Geri dön